Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) bildirib ki, “Əsasən Rohingya müsəlman miqrantlarını daşıyan iki qayıq Myanma sahillərində batıb və göyərtədə 500-dən çox insanın olduğu təxmin edilir.”
Elchi.az xəbər verir ki, illərdir ki, Rohingya müsəlmanları Myanmadakı zorakılıq və sərt yaşayış şəraiti səbəbindən təhlükəsiz ərazilərə çatmağa çalışır, təhlükəli dəniz səyahətlərində həyatlarını təhlükəyə atırlar və bu səyahətlərdən daha biri faciə ilə başa çatıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) əsasən Rohingya müsəlman miqrantlarını daşıyan iki qayığın Myanma sahillərində batdığını açıqlayıb. Bəyanatda deyilir: “Gəmidə 500-dən çox insanın olduğu təxmin edilir. Biz və Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) bu xəbərdən dərin narahatlıq keçiririk və həyatları xilas etmək üçün daha güclü səylər göstərməyə çağırırıq.” Birgə bəyanatda BMQT və BMQT sərnişinlərin bəzilərinin Banqladeşdəki qaçqın düşərgələrindən olduğunu bildiriblər.
Şayəstə





















