Xarici işlər naziri Kuleba hərbi yardıma görə tərəfdaşlara təşəkkür edib, lakin bu kifayət deyil.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkədə bildirib ki, Kiyev hərbi yardıma görə Qərb tərəfdaşlarına minnətdardır, lakin müttəfiqlərdən heç biri yetərincə kömək etməyib.
“Ukrayna hərbi yardıma görə tərəfdaşlara minnətdardır, lakin biz bir-birimizə qarşı dürüst olmalıyıq: heç biri kifayət qədər iş görməyib”, – Kuleba bildirib.
Onun fikrincə, Ukraynanın silahlanması “Avropada və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin bərpa edilməsinin ən qısa yoludur”.
Şayəstə