"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Müslüm Maqomayevin vəfatının 6-cı ildönümüdür

25 Oktyabr 2014 - 00:34
in MƏDƏNİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, ilk dəfə 14 yaşında dənizçilərimg1663081 klubunda çıxış edib. Bundan başqa, 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. M.Maqomayev 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala“ teatrında təcrübə keçib. Dahi sənətkarın uğurları bununla da bitmir. Bir müddət sonra o, Enriko Pyatsa ilə “Sevilya bərbəri“ operasından Fiqaronun, “Toska“ operasından Skarpianın partiyalarının hazırlanmasında iştirak edir. Sənətçimiz 1966-cı ildə Parisin “Olimpiya“ salonunda ilk konsertini verib. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib və bir il sonra, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə isə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri“nin bədii rəhbəri təyin edilib.
M. Maqomayev bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Sənətçi hələ 1970-ci illərdən həyatını estrada ilə bağlamışdı. Və bu bağlılıq ona görünməmiş populyarlıq qazandırdı. O, keçmiş SSRİ-nin hər yerində çıxışlar edir və stadionlarda konsertlər verirdi. Televiziyalar onun konsertlərinə geniş yer ayırırdı. Sənətçinin bütün qramoffon valları böyük tirajla buraxılıb. Onu da qeyd edək ki, M.Maqomayevin ən böyük arzularından biri də İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala“ teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri“ tamaşasında səhnəyə çıxır. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri“ operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar. O, Eldar Quliyevin filminə də musiqi yazırdı. Bundan başqa, o, rejissor Qleb Drozdovun sifarişlərini də yerinə yetirməyə çalışırdı. “İqor polku haqqında dastan“ əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna“ tamaşasına musiqini də o, bəstələyib. Onu da xatırladaq ki, özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
İlk dəfə olaraq 1971-ci ildə sənətkar haqqında “Oxuyur Müslüm Maqomayev“ adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.
Previous Post

Müslüm Maqomayevin vəfatının 6-cı ildönümüdür

Next Post

İŞİD-in kimyəvi silaha malik olması ehtimalı özünü doğruldacaqmı?

Bənzər yazılar

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

19 Oktyabr 2026 - 12:14

XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Elchi.az xəbər verir ki, mətbuat konfransında çıxış edən mədəniyyət nazirinin müşaviri...

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

19 Oktyabr 2026 - 11:55

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı. Elchi.az xəbər verir ki, bunu XII Bakı...

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub. Elchi.az xəbər verir ki, builki sərginin...

Next Post

İŞİD-in kimyəvi silaha malik olması ehtimalı özünü doğruldacaqmı?

İŞİD-in kimyəvi silaha malik olması ehtimalı özünü doğruldacaqmı?

Son xəbərlər

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30
Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

27 Oktyabr 2026 - 14:14
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

27 Oktyabr 2026 - 14:07
Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 14:00
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

27 Oktyabr 2026 - 13:51
ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

27 Oktyabr 2026 - 13:42
Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

27 Oktyabr 2026 - 13:30
Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

27 Oktyabr 2026 - 13:16
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

27 Oktyabr 2026 - 13:03
Avropa “Starlink” məsələsi ilə bağlı Ukraynaya kömək etməyə çalışır

Avropa “Starlink” məsələsi ilə bağlı Ukraynaya kömək etməyə çalışır

27 Oktyabr 2026 - 13:00
İnternetin keyfiyyət göstəriciləri müəyyən ediləcək

İnternetin keyfiyyət göstəriciləri müəyyən ediləcək

27 Oktyabr 2026 - 12:52
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır – TƏQVİM

Azərbaycan kubokunda 2-ci mərhələ başlayır – TƏQVİM

27 Oktyabr 2026 - 12:49
Məhkəmə işlərinə baxılması qaydaları dəyişir

Məhkəmə işlərinə baxılması qaydaları dəyişir

27 Oktyabr 2026 - 12:38
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

27 Oktyabr 2026 - 12:27
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

27 Oktyabr 2026 - 12:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.