Müsavatın qurultayı 8 saat olacaq

🗓 25.09.2014 14:39 ✍️ "Elçi" qəzeti
müsavatMüsavat Partiyası sentyabrın 27-də keçirəcəyi qurultayla bağlı detallar bəlli olub
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı  açıqlamasında qurultayın başlama vaxtını açıqlayıb. T.Abbaslı bildirib ki, qurultay səhər saat 11-də başlayıb 7-də bitəcək.
Partiya artıq Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultayını keçirməyə razılaşıb. Artıq qurultay nümayəndələrinin sayı və qonaqlar da müəyyən olunub.(qafqazinfo)

Bənzər yazılar