"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Müsavatın dərdi var, Müsavat “xəstədir”

07 Oktyabr 2014 - 11:55
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Yaxud REANİMASİYADA olan partiya22167

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Gənclik İllərimizi təkcə azadlıq mübarizəsində keçirmədik. Bundan başqa bir ədəbiyyat həyatımız da vardı. Bilməyənlər üçün deyim ki, tələbəlik illərində həm də bir neçə dostumla birgə ədəbiyyat dərnəklərində olur, şer məclislərində iştirak edirdik. Arabir qələm sözümüzə baxmayanda da… Şeirləri müzakirəyə çıxarırdıq, poetika-filan axtarırdıq. O uzaq illərdən

Vallah bu adamlar qoymurlar, atam

Mən də adam kimi yaşayım bir az…yaddaşımda ilişib-qalmış, müəllifini unutduğum bu misralar Müsavatın qurultayından sonra baş verən qalmaqal zəminində təzələndi.

Ölkədə, dünyada baş verənləri sakitcə izləyirdim, İŞİD-in törətdiklərini, Ukraynanın başına gələnləri analiz edirdim, arada da köhnə, arxivləşdirdiyim materialları vərəqləyirdim. Amma “bu adamlar qoymadılar ki…” Müsavatın qurultayı ilə bağlı bir neçə gün öncə toxunduğum mövzuya bir də qayıdası oldum.

Müsavatın qurultayındakı başqan seçkisinin qalmaqalı səngimək bilmir. Hər gün yeni bir deyimin, yanaşmanın şahidi oluruq. Əslində çoxdan gözlənilən idi. Daha doğrusu elə hər kəsin bir zamanlar etdiyi əməlləri bumeranq kimi qarşısına çıxacağı gözlənilirdi. Sadəcə zaman gərəkirdi. O da gəldi. Elə bu kəslər ranqlarına uyğun olaraq, bir zamanlar ölkənin siyasi həyatında törətdiklərini yaşayırlar. Özü də etdiklərdinən daha fazla. Budur, namizədlər özləri, onların tərəfdarları, fiziki və bioloji qohumları bir-birini ittiham edirlər. Etdiklərinin fərqinə varırlar-varmırlar deyə bilmərəm. Amm bu hərəkətlər, ittihamlar bəzi para mətləblərə işıq salır. İllərlə siçana döndərdikləri fil boyda sirlər faş olur.

Müsavatın başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyir ki, heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Deməli, belə çıxır ki, partiyadakı inzibati resurslarla seçkiyə təsir edilib və demokratik, ədalətli seçki olmayıb. Müsavatın keçmiş baş katibi Vurğun Əyyub deyir ki, Arif Hacılı legitim başqan deyil. Legitimlik o zaman olmur ki, seçki saxtakarlıqla keçirilsin. Deməli, Müsavat partiyasının rəhbərliyi seçki saxtakarlığı edib. Məntiq budur. Vurğun Əyyub bu gün Qubad İbadoğlunun tərəfdarları ilə keçirilən toplantıda (bölünmədə) isə fikrini bir az da açıq deyir: “Qurultayın başlamasına yarım saat qalmış təşkilat komitəsinin sədri Zöhrab Məhərrəmovun bütün nümayəndələrə “Arif bəy seçilib” dediyini İsa Qəmbərə bildirsəm də, İsa bəy “şişirtməyin” dedi. Xətai şöbəsindən bir nəfər mənə Məclisə seçiləcək adamların hazır siyahısını verdi. Bu adam eyni zamanda bu pozuntunu İsa Qəmbərə də yazdı. Amma İsa bəy hələ də bu biabırçılığa reaksiya verməyib”.  Bu məntiqlə ölkədə keçirilən böyük seçki kampaniyalarını nə zamansa bu adamlara etibar etmək olarmı??

Açıqlamalarında Qubad İbadoğlu açıq şəkildə hədəf Arif Hacılı olmaqla, bir az da dərinə gedərək deyir ki, kimlərsə Müsavatı ailə partiyasına çevirmək istəyir. Müsavatı ailə partiyasına çevirmək niyyətində günahlandırılan yeni başqan Arif Hacılınin qardaşı Vaqif Hacıbəylinin Qubad İbadoğluna cavabı yubanmır. Yeni başqanın qardaşı Müsavatı ailə partiyasına çevirmək ənənəsinin İsa Qəmbər tərəfindən qoyulduğunu dolayısı ilə bəyan edir. Bəs illərlə iqtidarı hansı haqla ölkəni bu üsulla idarə etməkdə ittiham etmisiz???

Deyilənlər, səslənənlər ittihamların jurnalı imiş, əsl kino bir azdan olacaqmış. Elə belə də oldu. Müsavat Məclisinin üzvü Məlahət Mürşüdlü (bu xanıma mənim xüsusi hörmətim var) baltanı lap kökündən vurdu. QHT həmkarımız, xanım müsavatçı partiyadaşı Qubad İbadoğluna ötən həftə ünvanladığı 5 bəndlik məktubunda yazır: “…Müsavat Partiyası reanimasiya stolunun üstündədir: daxili və xarici intriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq 0 (sıfıra) bərabərdir!… M.Ə.Rəsulzadə partiyasının bugünkü mənzərəsi budur. Məncə, onu bu günə salanların özləri də vəziyyəti düzəltməlidirlər. Əlbəttə, bacarsalar”.

Bu qədər ciddi ittihamların qarşılığında partiyanın bu üzvlərinin İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürmələri hansı məntiqə uyğundur, bax bunu anlamaq çətindir. Ölkəni ailə-klan formasında idarə etmək üçünmü? Saxta seçki ənənəsini daimi və oturuşmuş seçki islahatı kimi möhkəmləndirmək üçünmü? Demokraaik seçkilərə birdəfəlik “əlvida” deməkçünmü? Ya ölkəni REANİMASİYA STOLUNA uzatmaq üçün? AXC-nin varisi Azərbaycanın günahı nədir axı? Nə günahın yiyəsidir ki, Rəsulzadənin yaratdığı, Elçibəyin bərpa etdiyi, Heydər Əliyevin qurduğu, İlham Əliyevin iqtisadi inkişafına nail olduğu Azərbaycanı “səriştəsizliklə, yalançı vədlərlə, şərlə, böhtanla” dağıtmaq?

Bunlar etirafmı? Məncə yox. Etiraf belə olmur. Etirafda səmimiyyət olur. Amma bu deyilənlər səmimiyyətdən deyil, maraqlardan dolayıdır. Bunlara inananlar papaqlarını qarşılarına qoyub düşünsələr yaxşı olar. Siyasi nifrət, şəxsi ambisiya, yetərsiz iddia o həddədir ki, fikirlərinin, hərəkətlərinin rabitəsi qırılıb. Bir yandan partiyanı CAN VERMƏKDƏ, partiya rəhbərliyini seçki saxtakarlığında (təkcə seçki günü deyil, bundan əvvəl də prosesə haram qatanlar olub – Qubad İbadoğlunun 6 oktyabrda tərəfdarları ilə keçirdiyi toplantıdan) ittiham edirlər, bir yandan partiyanı ailə-klan partiyası kimi idarəolunmasını deyirlər, bir yandan partiyanın REANİMASİYA STOLUNA uzandırırlar, o biri tərəfdən isə partiaynı bir həftə öncəyə qədər idarə edən və elə özlərinin məntiqinə söykənsək, partiyanı bu günə salan İsa Qəmbərin 2018-ci il üçün prezidentliyə namizədliyini irəli sürürlər. Bu nə məntiqdir??? Elə öz təbirlərincə, ölkəni də partiyanın gününə salmaq istəyimi??? Təəssüf…

 

Previous Post

Müsavatın dərdi var, Müsavat “xəstədir”

Next Post

Təqaüdçü lotoreyada 14 milyon uddu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Təqaüdçü lotoreyada 14 milyon uddu

Təqaüdçü lotoreyada 14 milyon uddu

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.