Partiya parlament seçkisində iştirakdan imtina edib.
Müsavat Partiyası parlament seçkisində iştirakdan imtina etdi. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı partiya rəhbərliyi keçirdiyi mətbuat konfransında açıqlayıb.
Partiya sədri Arif Hacılı seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb.
O, deyib ki, Müsavatın Divanında bu barədə qərar verilib və seçkiyə qatılan 25 partiya üzvünün də bu qərara hörmət edəcəyinə ümid edir.
Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələbi irəli sürülüb.
Partiyanın mətbuat xidmətinin yaydığı məlumatda Müsavatın seçkiləri boykot etməsinin bir neçə səbəbi göstərilib. Bunların arasında siyasi məhbusların həbsdən azad edilməməsi, namizədlər arasında ayrıseçkilik, namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmaması və sairə.
Arif Hacılı – Müsavat partiyasının sədri
Xatırladaq ki, parlament seçkisi noyabr ayının 1-də keçiriləcək. 125 yer uğrunda 700-dən artıq namizəd mübarizə aparacaq