Murmansk yaxınlığında göyərtəsində 9 nəfərin olduğu helikopter qəzaya uğrayıb

69

Elchi.az xəbər verir ki, Murmansk vilayətində, Lovozero kəndi yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində üç nəfər ekipaj üzvü olmaqla doqquz nəfər olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölən olmayıb.
TASS fövqəladə hallar xidmətindəki öz mənbələrinə istinadən xəbər verir ki, 4 nəfər xəsarət alıb. Hadisənin ehtimal edilən səbəbi pilot xətası və avadanlıqların nasazlığı olub.
Artıq xilasedicilər hadisə yerinə gəliblər. Ölənlərin olmadığı məlum olub. Helikopter sərnişinləri qar avtomobillərində Lovozero kəndinə çatdırılır.
Bundan əvvəl göyərtəsində iki sərnişin və bir pilotun olduğu “Robinson 44” helikopterinin Krasnaya dağı yaxınlığında qəzaya uğradığı bildirilirdi. İlkin məlumata görə, içəridə Xabarovskdan olan həyat yoldaşları olub. Qadın ölüb, əri xəstəxanaya yerləşdirilib. Onun əməliyyata ehtiyacı var idi. Helikopterin pilotu da sərt eniş zamanı dünyasını dəyişib.

Şayəstə