"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

18 Dekabr 2020 - 20:23
in CƏMİYYƏT
FacebookVatsap
MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

                     (Hərbi həkimlərimizə ithaf olunur)

Bunu da oxuyun

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sabah Bakıda yağış yağacaq

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Mən əslində Allahın ağxalatlı elçilərinə – hərbi həkimlərimizə həyatda qalmasının tək səbəbi kimi baxan və ölənədək onların “əl izini” ömrünün ən mükəmməl, ən maraqlı tablosu kimi öz canında daşıyan adamlardan danışıram. Bu adamlar o tabloların son mənzilədək uzanan mənasını sonralar bəzən heç vaxt yada düşməyən, ya da gözə görünməyən müəlliflərinin izni, imzası və xeyir-duası ilə yaşayır. Amma yada düşsə də, düşməsə də, gözə görünsə də, görünməsə də, bu bəyaz libaslı “rəssamların ” hər biri yaşam səbəbinə çevrildiyi insanlardan ötrü yeni bir rəngli həyatın, yeni bir rəngli dünyanın başlanğıc nöqtəsinə çevrilir. Axı öz səngərində düşmənlə üz-üzə, göz-gözə döyüşən və yaralanan hər bir əsgər sonradan hərbi həkimlərimizin səngərində növbəti bir savaşa atılır, onlarla çiyin-çiyinə verib yeni bir düşmənlə – ölümlə döyüşür…

Mən bir dəfə həkimin xərəkdə asta-asta huşunu itirən yaralı əsgəri necə qeyri-adi doğmalıqla sillələdiyini öz gözlərimlə görmüşdüm və onun uzun müddət qulaqlarımdan çəkilməyən həyacanlı səsini eşidəndə özümü əsl döyüş meydanında hiss etmişdim…

Havanı qılınc kimi kəsib doğrayan, səmanın boz-bulanıq simasına atdığı qanlı çapıqları ilə qorxunc bir  melodiya yaradan drijor çubuğu! Və bu melodiyanın hər bir hecasını o vaxtadək heç kimin görmədiyi, eşitmədiyi bir tərzdə tarixin not dəftərinə köçürən ansanbl! Fərqli silahların fərqli harmoniyası! Mərmilərin sərt və kobud vurğusu! Güllələrin gözə görünməyən xaotik və iddialı rəqsi! Yaralıların qeybdən gələn major səsi! Və dərhal öz “silah-sursatı” ilə bu ansanblın sıralarına qatılan, yaralıların asta-asta öləziyən hüznlü səsini batmağa qoymayan hərbi həkimlərimizin ilahi nidası: “Ey dostum! Təslim olma! Yaşamaq istəyirsənsə gözlərini aç! Mənə güvən! Həyatını mənə etibar et!..”

O həkimin xərəkdə huşunu itirən yaralı əsgəri necə qeyri-adi bir doğmalıqla sillələdiyini görəndə və onun həyacanlı səsini eşidəndə başa düşdüm ki, burada hər şey əsl döyüş meydanında olduğu kimidi. Burada yaralı hərbçi ilə silahdaşı arasındakı dialoq da əslində iki sinədə döyünən bir ürəyin müəllifliyi – hərbi həkimlərimizin diqtəsi ilə yazılır!..

İki min yeddi yüz səksən üç!..

Mən öz sıralarımızda kiminsə bundan böyük rəqəm tanıdığına inanmıram! Mən içimizdən kiminsə ürək eləyib bu rəqəmə sadəcə statistik bir göstərici kimi baxmasını da təsəvvürümə gətirə bilmirəm!..

İki min yeddi yüz səksən üç!..

Çağdaş dünyamızdakı hər bir azərbaycanlının indiyədək üz-üzə gəldiyi, qarşılaşdığı ən böyük rəqəmdi bu! Həm böyük, həm də ağır! Mən əslində özünü bu ağır yükün altına atan, qırx dörd gün gecə-gündüz sinəsinilə bu rəqəmin qarşısını kəsən, onu indinin özündə də böyüməyə, artmağa qoymayan hərbi həkimlərimizdən danışmaq istəyidim! Hipokrat məqamını içdiyi hərbi andla cilalayan, hər bir yaralımızla yaralanan, hər bir Şəhidimizlə Şəhid olan, hər bir qazimizlə yenidən həyata qayıdan hərbi həkimlərimizdən!..

Axı qırx dörd günlük müharibədə cəbhə xəttinin, döyüş səngərinin bir adı da vardı – Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalı!

Müharibəli günlərimizdə bu nüfuzlu müalicə müəssisəsinə daxil olan ağır yaralıların az qala doğsan doqquz faizi məhz hərbi həkimlərimizin fövqəladə bacarığı və səyi nəticəsində yenidən ayağa qalxdı. Bəli! Məhz hərbi həkimlərimizin! O həkimlərimizin ki, qırx dörd gün ərzində heç qırx dörd saat öz evinə, öz ailəsinə baş çəkməmişdi; öz evinə, öz ailəsinə baş çəkə bilməmişdi; gecəsini gündüzünə qatıb qazilərimizin ağrı-acısına şərik çıxmışdı, qanı axan yaralarına məlhəm qoymuşdu. Nəticəsi özünü çox gözlətmədi: Savaş meydanında dünyaya nümunə olacaq bir ilkə cığır açan əsgərlərimiz kimi, hərbi həkimlərimiz də ən aşağı ölüm faizilə müharibə təcrübəsində, hərb təbabətində indiyədək qeydə alınmayan yeni bir rekorda imza atdılar.

Əslində məni bu müalicə ocağı ilə zaman-zaman doğmalaşdıran da öz vəzifəsinə vicdanla yanaşan, öz əməlində sağalan və sağlam gələcəyimizi yaşadan çiyni paqonlu həkimlərimiz olub: uzun illər öncə xidməti vəzifəmi yerinə yetirərkən aldığım çoxsaylı travma səbəbindən bəlkə də hamının öləcəyimə inandığı halda, yalnız bir hərbi həkimin fərdi bacarığı sayəsində on saatlıq cərrahi əməliyyatdan sağ-salamat çıxa bilmişdim. Mənimlə eyni taleyi bölüşən hərbi qulluqçularımızın sayı çoxdu, lap çox…

Ancaq bu müharibəli günlərdə adını həmişə fəxrlə çəkdiyim Baş Klinik Hospitalın ünvanına çamur atanlar da tapıldı! Bəzi kütləvi informasiya vasitələrində yer alan azsaylı yazılarda hərbi həkimlərimizin fədakar əməyinə kölgə salınırdı. Mən özümü bu tibb müəssisəsinin vəkili saymıram, ancaq üstümdə zəhməti olan hərbi həkimlərimizin təəssübünü çəkmək haqqımı hələ heç kimə güzəştə getməmişəm. Çünki bu tibb ocağı ilə mənəvi və ruhi bağlılığım o qədər ciddi və sıxdır ki, uzun illər ərzində formalaşmış təəssüratlarımın zədələnməsi indiki məqamda məndən ötrü hətta öz sağlamlığımın zədələnməsi anlamına qədər gedib çıxır. (Bununla belə heç nə və heç kim məni haqqı-ədaləti tapdalamağa vadar edə bilməz!) Görünür, iki gün əvvəl müayinə məqsədilə hospitala üz tutmağımın arxasında da əslində bu yazılarda yer alan qaranlıq məqamlara aydınlıq gətirmək istəyim dayanırmış!

O tənqidi fikirlərin əsl ünvanının – əsgərlərimizin yaralandığı andan dərhal sonra aparıldığı mülki xəstəxanaların adını çəkmək istəmirəm, amma bəz KİV nümayəndələrinin ya ucuz sensasiya yaratmaqla reytinq qazanmaq, ya da hansısa şübhəli maraqlar müqabilində kimlərinsə zəhmətini yerə vurmaq cəhdinə də etinasız qala bilmirəm. Axı müharibə dövründə bu cür hərəkətlərin mahiyyəti dəyişdiyi kimi, cəza şkalasındakı yeri də dəyişir.

Mən ictimai rəydə ciddi yanlışlığa səbəb olan şəxslərin cəzalandırılması fikrindən xeyli uzağam. Söhbət qırx dörd günlük savaşda hərbi həkimlərimizin – cəbhənin gözə görünməyən qəhrəmanlarının ağır, məsuliyyətli və müqəddəs əməyindən gedir. Axı qazandığımız qələbədə səngərdəki əsgərlərimiz kimi, tibb cəbhəsinin ön xəttində döyüş tapşırığını yerinə yetirən ağxalatlılarımızın da öz payı var. Amma onların müharibəsi hələ bitməyib; onların müharibəsi palatalardakı sonuncu yaralımız ayağa qalxanadək davam edəcək!

Onların müharibəsi bitəndə sonuncu qazimiz müalicəsini başa vurub doğmalarının yanına yollanacaq. Və üz tutduğu ünvana özü ilə birgə hərbi həkimlərimizin işıqlı adını da aparacaq. Kim bilir hələ bundan sonra daha neçə evə, daha neçə ailəyə, daha neçə ürəyə o şəfalı əllərin nurundan pay düşəcək…

İbrahim RÜSTƏMLİ,

əməkdar jurnalist

Previous Post

MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

Next Post

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Bənzər yazılar

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49

Tapdıq Əlibəylinin yaradıcılıq yolu Azərbaycan poeziyası, publisistikası və ictimai fikir mühiti ilə sıx bağlıdır. Milli ruh, Vətən sevgisi, tarixi yaddaş...

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Elchi.az xəbər verir ki, bu barədə Milli...

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlanır və 84...

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə tədbirləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə tədbirləri keçirib

14 Noyabr 2026 - 11:48

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Səbail rayonu hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə...

Next Post
Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Əli Həziquliyev: "İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir"

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Əli Həziquliyev: "İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir"

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.