Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.
FHN-dən Elchi.az-a verilən məlumata görə, ötən günlər ərzində 345 vətəndaşa, o cümlədən 33 uşağa 511 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Azərbaycanda su qıtlığı problemi… – BCG
Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir. Elchi.az xəbər...