Kürdə qanunsuz balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırıblar.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
O qeyd edib ki, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb:
“Brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
Gədəbəy rayonun 1942-ci il təvəllüdlü sakini Yolçu Alıyev yaşadığı evin həyətində ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib. Elchi.az Teleqraf-a...






















Son şərhlər