"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müharibə zamanı Azərbaycan rayonlarına və Mingəçevirə raket atılması ilə bağlı sənədlər elan olunub – MƏHKƏMƏ

02 Oktyabr 2025 - 22:06
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

Bunu da oxuyun

Geomaqnit qasırğası olacaq

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Elchi.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəf idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, digər dövlət ittihamçıları Təranə Məmmədovanın və Vüsal Abdullayevin suallarını da cavablandırıb. İ.Məmmədov deyib ki, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L.Mnatsakanyanı tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”, – deyə əlavə edib.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi”.

Əlavə edib ki, müddətli hərbi xidmət zamanı əvvəlcə arxa cəbhədə xidmət edib, sonradan ön cəbhədə xidmətə göndərilib. Tərxis olunana yaxın əsir götürülüb.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. Həmin hərbçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia edib.

L.Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş azərbaycanlının İ.Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını deyib.

Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş edib. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını deyib.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq qurumların və media qurumlarının siyahısının təqdim olunmasını xahiş edib. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını deyib. Bildirib ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar leqal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən vəkil həmin təşkilatların siyahısını ona təqdim edə bilər.

Hakim, həmçinin Davit İşxanyana bildirib ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın videomüsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək.

Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra Davit İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi.

Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində azərbaycanlıların öldürülməsi, yaralanması, o cümlədən mina təxribatları nəticəsində baş vermiş hadisələrlə bağlı sənədlər elan edilib.

Daha sonra 2023-cü il sentyabrın 19-20-də Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayət faktları üzrə sənədlər elan olunub.

Məhkəmədə işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr üzrə sənədlər də elan edilib.

Habelə telejurnalist Mustafayev Çingiz Fuad oğlunun (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.) öldürülməsi faktı üzrə sənədlər də elan olunub.

Məhkəmə iclasında 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində aparılmış hərbi əməliyyat, 1992-ci il aprelin 23-də Qazax-Barxudarlı dəmir yolu xəttində TEM-2-7065 nömrəli teplovoza hücum edilməsi, 1991-ci il sentyabrın 9-da Barxudarlı dəmir yolu stansiyasının atəşə tutulması və digər faktlar üzrə sənədlər elan edilib.

Bundan başqa, Vətən müharibəsi zamanı Tərtər rayonunun atəşə tutulması, “TərtərPambıq” ASC-yə xüsusilə külli miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Füzuli, Beyləqan, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarının (Cocuq Mərcanlı kəndinin – red.), Naftalan şəhərinin atəşə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

Məhkəmədə Vətən müharibəsi zamanı Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması, Mingəçevir şəhərinin atəşə tutulması, 2020-ci il oktyabrın 22-də Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətlərində raketlər atılması faktları ilə bağlı sənədlər də elan edilib.

Elan edilən növbəti sənədlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə ziyan vurulması faktları ilə bağlı olub.

Məhkəmədə Laçın rayonunun meşə fonduna külli miqdarda ziyan vurulması, Laçın rayonu və digər ərazilərdə evlərin məhv edilməsi faktları ilə bağlı sənədlər də elan olunub.

Əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları ilə bağlı sənədlər də elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Previous Post

Putin ABŞ ilə normallaşmanı milli prioritet adlandırıb

Next Post

FIFA prezidenti Azərbaycanı təbrik edib

Bənzər yazılar

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Next Post
FIFA prezidenti Azərbaycanı təbrik edib

FIFA prezidenti Azərbaycanı təbrik edib

Türkiyədə fabrikdə kütləvi zəhərlənmə olub

Türkiyədə fabrikdə kütləvi zəhərlənmə olub

Comments 46

  1. Fuad Qasımov says:
    8 ay ago

    Ayə bu məhkəmənin nə qədər uzandığını görəcəyik. Guya o, Erməni zabitlər bizim insanlara necə işgəncə veriblər, hamısı bir-bir çıxıb danışacaq. Həmişə belədir, vaxt uzanır, nəticə isə… Nə isə, ədalət yerini tapar inşallah. Bəlkə də bu dəfə həqiqət üzə çıxar.

    Cavabla
    • Vidadi Məmmədov says:
      8 ay ago

      Bu məhkəmənin davam etməsi çox vacibdir. Zərərçəkmişlərin ifadələri hər şeyi aydınlaşdıracaq. İnşallah ədalət yerini tapar və həqiqətlər üzə çıxar. Erməni zabitlərin törətdiyi cinayətlər ortaya qoyulacaq.

      Cavabla
  2. Səbinə Əzizova says:
    8 ay ago

    Bu məhkəmə prosesi ədalətin yerini tapması üçün çox vacibdir. Azərbaycanın başına gələn faciələr unudulmamalıdır. Ermənilərin törətdiyi vəhşiliklər sübuta yetirilməlidir. Hamımız bu məhkəmənin nəticəsini səbirsizliklə gözləyirik.

    Cavabla
  3. Vaqif Nəsibov says:
    8 ay ago

    Bu məqalədə verilən məlumatlar dəhşətə gətirir! Müharibə vaxtı mülki əhaliyə qarşı edilənlər qəbulolunmazdır. Sənədlərin açıqlanması haqlı narazılığı daha da artırır. Gərək hamı belə cinayətlərin üstü örtülməsinə qarşı çıxsın.

    Cavabla
    • Orxan İmanov says:
      8 ay ago

      Bu məhkəmə prosesi haqqında xəbər tutmaq çox vacibdir. Dəhşətli hadisələr olub, amma bu sənədlərin ortaya çıxması haqqı tapdananlara ümid verir. Belə cinayətlər heç vaxt unudulmamalıdır. Hamı belə şeylərə qarşı çıxmalıdır.

      Cavabla
  4. Samirə Cəfərova says:
    8 ay ago

    Nəhayət, bu işlər məhkəməyə çıxarıldı, çox sevindim! Kiminsə bu vəhşilikləri cavablandırması lazımdır, Allahım! Gəlin də görək nə olacaq, ümid edirəm ədalət yerini tapacaq.

    Cavabla
  5. Arif İmanov says:
    8 ay ago

    Bu məhkəmə işi çox ədalətlidir. Ermənilər Azərbaycana vurduğu ziyanı ödəməlidirlər. Müharibə aparanlar cəzasını almalıdır. Allah Azərbaycanı qorusun.

    Cavabla
  6. Sənan Məmmədzadə says:
    8 ay ago

    Bu məhkəmə işi çox vacibdi. Həmin erməni əsgərlər hamısı cəzalanmalıdı. Düzdü, müharibədir, amma belə şey eləmək olmaz. Başlarına gələni özləri bilər.

    Cavabla
  7. Səməd Ağayev says:
    8 ay ago

    Nəhayət ki, bu erməni cinayətkarların əməlləri ortaya çıxır! Bəsdir, xalqımızı qanına qəltan etdilər. Məhkəmənin tez qurtarmasını və ədalətin yerini tapmasını arzulayiram.Allah Azərbaycan əsgərini qorusun!

    Cavabla
  8. Əli Qədirov says:
    8 ay ago

    Hə, çox düz deyirsiz, bu müharibə işi heç də yaxşı deyilmiş. O ermənilər də nə ediblər, heç yaxşı insan deyillər. Hamısı cəzasını alacaq, inşallah. Bu məhkəmə işi də onu göstərir ki, haqq yerini tapacaq.

    Cavabla
    • Aysun Əliyeva says:
      8 ay ago

      Bu məhkəmə işi həqiqətən də vacibdir, haqq yerini tapacaq buna əminəm. O ermənilər bir çox cinayətlər törədiblər, bunun cəzasını alacaqlar. Allah Azərbaycanı qorusun, ordumuz güclüdür.

      Cavabla
  9. Aygün Babayeva says:
    8 ay ago

    Bu məlumatlar çox önəmlidi, nəhayət bu qədər cinayət ortaya çıxır. Allah onlara layiq olduqlarını versin. Əsil cəza vaxtı gələcək inşallah.

    Cavabla
  10. Nərmin Hüseynova says:
    8 ay ago

    Düz deyirsiniz, bu müharibə çox pisdir. Elə bu Erməni adları hamısı cinayətkar, xalqı belə zorla işgəncə veriblər. Onlar hamısı cəzalanmalıdı. Məhkəmənin düzgün qərar verəcəyinə inaniram.

    Cavabla
  11. Məsumə Sadıqova says:
    8 ay ago

    Məqalə üçün çox sağolun. Bu məlumatlar çox önəmlidir və ermənilərin cinayətlərini bir daha sübut edir. Belə hadisələrin unudulmaması və təqsirlilərin cəzalandırılması vacibdir. Ümid edirəm ki, bu məhkəmə prosesi ədalətin bərpasına kömək edəcək.

    Cavabla
  12. Fərid Heydərov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir, çünki müharibə cinayətlərinin üstü açılır. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin bu cür açıq məhkəmədə müzakirə olunması ədalətin bərqərar olması üçün böyük addımdır. Zərərçəkmişlərin ifadələri çox təsirlidir. Müharibənin dəhşətlərini və erməni təcavüzkarlarının vəhşiliyini görmək çox pisdir. Bu cür məhkəmələr gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün önəmlidir.

    Cavabla
    • Sənan Tağıyev says:
      8 ay ago

      Bu məhkəmə çox vacibdir, belə şeylər həmişə gündəmdə olmalıdı. Zərərçəkmişlərin dediklərini eşitmək çətindi, amma həqiqət çıxıb ortaya. Belə hadisələr bir daha olmasın deyə bu cür məhkəmələr lazımdı. Allah heç kəsə belə acılar yaşatmasın.

      Cavabla
      • Günay Heydərova says:
        8 ay ago

        Bu məhkəmə prosesi çox vacibdir, belə cinayətlər heç vaxt unudulmamalıdır. Zərərçəkmişlərin başına gələnləri eşitmək ürək ağrılıdır, amma həqiqət mütləq üzə çıxmalıdır. Bu cür məhkəmələr gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün böyük əhəmiyyət kəsb edir. Allah heç bir insana belə müsibətlər yaşatmasın.

        Cavabla
  13. Səməd Babayev says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Ermənistanın törətdiyi cinayətlər hamıya aydındır. Müharibə cinayətləri heç vaxt bağışlanmamalıdır. Allah Azərbaycan əsgərlərini qorusun.

    Cavabla
  14. Səməd Mehdiyev says:
    8 ay ago

    Məqalədəki bu xəbər həqiqətən də ürək ağrıdıcıdır, amma nəhayət ədalət tələb edənlər var. Belə bir məsələnin məhkəməyə çıxması çox vacibdir. Ümid edirəm ki, bu işdə günahkarlar öz cəzalarını alacaqlar.

    Cavabla
    • Elçin Kazımov says:
      8 ay ago

      Bu məhkəmə prosesi çox vacibdir. Ümid edirəm ki, haqsızlıqlar öz layiqli cəzasını alacaq. Belə şeylərin məhkəməyə çıxması çox əhəmiyyətlidir, çünki bu, insanların ədalətə olan inamını artırır.

      Cavabla
  15. Günel Şıxıyeva says:
    8 ay ago

    Bu yazı çox önəmli bir mövzunu gündəmə gətirir. Müharibə cinayətləri törədən şəxslərin məhkəmə qarşısına çıxarılması haqqında məlumatlar çox təəccübləndirici idi. Ermənilərin törətdiyi bu cinayətlər heç vaxt unudulmamalıdır. Belə məhkəmə proseslərinin olması haqq işinin bərqərar olması üçün əsasdır.

    Cavabla
  16. İlhamə Bəkirova says:
    8 ay ago

    Bu məhkəmə işi çox vacibdi, nəhayət ki, günahkarlar cəzalarını alacaqlar. Bu sənədlər erməni təcavüzünün dəlilləridir. Səbrsizliklə məhkəmənin yekun qərarını gözləyirəm. Allah Azərbaycan əsgərini qorusun.

    Cavabla
  17. Cavid Məmmədov says:
    8 ay ago

    Bu hadisələr çox dəhşətdir. Belə şeylərin baş verməsinə inanmaq çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cinayətləri törədənlər layiqli cəzasını almalıdır.

    Cavabla
    • Kamran Mustafayev says:
      8 ay ago

      Bu məhkəmə prosesi ədalətin təcəssümüdür. Ermənistanın törətdiyi dəhşətli cinayətlərin hər biri bu məhkəmədə üzə çıxacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq.

      Cavabla
  18. Ayxan Qafarov says:
    8 ay ago

    Bəli, məhkəmə prosesi çox vacibdir, xüsusilə müharibə cinayətləri ilə bağlı. Sərhəddə əsir düşən əsgərin başına gələnlər həqiqətən də dəhşətlidir. Belə hallar heç vaxt unudulmamalıdır.

    Cavabla
  19. Anar Heydərov says:
    8 ay ago

    Bu məhkəmə prosesinin nəticəsi çox maraqlıdır. Ermənilərin törətdiyi cinayətlər bir-bir ortaya çıxır. Necə lazımdısa elə də cəzalarını alacaqlar inanmıram.

    Cavabla
    • Əfsanə Kazımova says:
      8 ay ago

      Həqiqətən də ermənilərin necə qəddarlıqlar etdiyi bu məhkəmə prosesində üzə çıxır. Xüsusən də Mingəçevirə raket atılması ilə bağlı sənədlərin elan olunması çox əhəmiyyətlidir. İnşallah, hamısı layiq olduğu cəzanı alar.

      Cavabla
  20. Rəşad Hüseynov says:
    8 ay ago

    Bu məhkəmə işi yaxşı olub, ermənilər nə ediblərse hamısı üzə çıxıb. Müharibədə belə şeylər olur, amma onlar çox şey eləyiblər. Onlar bizi dağıtdılar, elə bil heç kim yox idi. Indi də hamısı cəzasını çəkməlidir. Allah heç kimə belə şey göstərməsin.

    Cavabla
    • Aygün Hacıyeva says:
      8 ay ago

      Bu məhkəmə işi çox önəmli idi, bütün həqiqətlər ortalığa çıxdı. Müharibədə belə şeylər ola bilir amma ermənilər hər şeyi dağıtdılar. Bu hadisələr heç vaxt unudulmayacaq, hamı haqq etdiyini alacaq. Allah heç kimə belə acılar yaşatmasın.

      Cavabla
  21. Səbinə Məmmədzadə says:
    8 ay ago

    Əla yazıbız, elədi də. Bəli, elədir. Müharibə belədi, kimə nə olacaq bilmirsən. Allah heç kəsə göstərməsin belə şeyləri. Möhkəm tutun.

    Cavabla
  22. Nuranə Vahabova says:
    8 ay ago

    Bu məhkəmə işi çox önəmlidir. Ermənistanın törətdiyi bu cinayətlər heç vaxt unudulmamalıdır. Müharibə cinayətləri törədənlər cəzalarını almalıdırlar. Haqq tez-tez yerini tapacaq.

    Cavabla
  23. Babək Quliyev says:
    8 ay ago

    Çox doğru danışmısız, bu ermənilər böyük iş tutublar, lap başdan müharibə etmələri pis olub. Həqiqətən də onların başçısı olan bu adamlar çox şeylər eləyiblər, camaatı əziyyətə qoyublar. Bu məhkəmə işi də hamıya dərs olsun.

    Cavabla
  24. Təmkinə Xəlilova says:
    8 ay ago

    Bu məqaləni oxuyanda ürəyim ağrıdı. Ermənilərin bu qədər zülm etdiyini bilirdim, amma bu qədər də olduğunu duymamışdım. Allah belə müharibəni heç kimə qismət etməsin. Belə cinayətkarlar mütləq cəzalarını almalıdırlar. Məhkəmə prosesinin davam etməsi yaxşıdır, qoy hamı görsün necə vəhşiliklər olub.

    Cavabla
    • Əfsanə Əzizova says:
      8 ay ago

      Bu məhkəmə prosesinin davam etməsi vacibdir. Xüsusilə zərərçəkmişlərin ifadələri dinləmək çox təsirlidir. Məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq. Belə cinayətlər törədən şəxslər layiq olduqları cəzanı almalıdırlar.

      Cavabla
  25. Anar Quliyev says:
    8 ay ago

    Bu məqalə əslində müharibə cinayətlərini çox aydın şəkildə ortaya qoyur. Ermənistan tərəfindən törədilən bu qəddar hərəkətlərinin məhkəmədə belə müzakirə olunması çox vacibdir. Belə cinayətlərin üstü örtülməməli, günahkarlar cəzalandırılmalıdır. Bu məhkəmə prosesi ədalətin bərpası yolunda atılmış böyük bir addımdır.

    Cavabla
  26. Rübabə Abdullayeva says:
    8 ay ago

    Bu məqaləni oxuyanda insan dəhşətə gəlir. Necə yəni müharibə vaxtı mülki şəhərlərə raket atıblar? Bu necə cinayətdir? Bu günahkarların hamısı cəzalanmalıdır. Allah Azərbaycan əsgərlərini qorusun!

    Cavabla
    • Zülfiyyə Rüstəmova says:
      8 ay ago

      Bu xəbəri oxuyanda yenə də o dəhşətli günlər yadıma düşür. Mülki şəhərlərə raket atmaq nə deməkdir, heç cür başa düşmürəm. Bu cür qanunsuzluq edənlər layiqincə cəzalandırılmalıdır. Allah bizim əsgərlərimizi qorusun.

      Cavabla
      • Könül Ələkbərova says:
        8 ay ago

        Bu xəbəri oxuyanda yenə də o dəhşətli günlər yadıma düşür. Mülki şəhərlərə raket atmaq nə deməkdir, heç cür başa düşmürəm. Bu cür qanunsuzluq edənlər layiqincə cəzalandırılmalıdır. Allah bizim əsgərlərimizi qorusun. Məhkəmə prosesi normal gedirmi, hələ bilmirəm, amma ümid edirəm ki, ədalət yerini tapacaq.

        Cavabla
  27. Ramin Zeynalov says:
    8 ay ago

    Məhkəmə prosesi ilə bağlı məlumatlar çox əhəmiyyətlidir. Belə mühüm bir mövzunun məhkəməyə gətirilməsi və ədalətin yerini tapması sevindiricidir. Müharibə zamanı törədilən cinayətlərin cəzasız qalmaması vacibdir. Məhkəmənin bütün detallara diqqət yetirərək işi aparacağına inanıram.

    Cavabla
  28. Sadiq Səmədov says:
    8 ay ago

    Bu məhəkmə işi çox vacibdi. O ermənilər çox pis işlər görüblər. Müharibədə ondan ötrü hamı narahat olub. Onların cəzalanacaqına ümid edirəm.

    Cavabla
  29. İsmayıl Zeynalov says:
    8 ay ago

    Hə, bu məhkəmə işi düzgün gedir. Ermənistanın etdiyi bu müharibə cinayətləri heç vaxt unudulmamalıdır. Təqsirlilər cəzalarını alacaqlar, buna əminəm. Allahdan zərərçəkənlərə səbr diləyirəm.

    Cavabla
  30. Sona Şıxıyeva says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Əslində, mhariblərin cinayətləri ortaya çıxır. Xalqımız bu zülmü heç vaxt unutmayacaq. Allah haqqı yerini bulsun.

    Cavabla
  31. Elnur Qədirov says:
    8 ay ago

    Bu məhkəmə prosesi çox vacibdir. Müharibə cinayətlərini törədənlər cəzasını almalıdır. Zərərçəkmişlərin başına gələnlər heç vaxt unudulmamalıdır. Allah Azərbaycan əsgərlərini qorusun.

    Cavabla
  32. Həcər Qasımova says:
    8 ay ago

    Əla xəbər! Axır ki, bu cür cinayətlərin üstü açılır. Bu sənədlər hamının bilməli olduğu çox vacib məlumatlardır. Bu məhkəmənin ədalətlə nəticələnəcəyinə ümid edirəm. Təqsirlilər cəzalarını almalıdırlar.

    Cavabla
  33. Kamran Əhmədov says:
    8 ay ago

    Məqalə ilə tam razıyam, müəllifin dedikləri çox önəmlidir. Bu cür cinayətlərin üstü açılır, ədalət yerini tapır inşallah. Belə hadisələr heç vaxt unudulmamalıdır. Hamı bilməlidir ki, kim nə edib.

    Cavabla
    • Məryəm Bəkirova says:
      8 ay ago

      Bu məhkəmə prosesi ilə bağlı daha çox məlumat öyrənmək maraqlı olardı. Xüsusilə də zərərçəkmiş şəxslərin ifadələri və məhkəmənin hansı qənaətə gələcəyi barədə təəssüratınız nədir? Bu cür hadisələrin baş verməsi həqiqətən də qəbul olunmazdır, lakin ədalətin bərqərar olacağına ümid edirəm.

      Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.