"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müğənnilər ifalarına diqqət etsinlər” – Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

02 Fevral 2018 - 17:38
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

Ölkənin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.

Maraqlıdır, monitorinqlər necə keçiriləcək? Hansı müğənnilərin ifalarına nəzər salınacaq?

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva Modern.az-a danışıb. O bildirib ki, monitorinqə həm muğam ifaçıları, həm də estrada müğənnilərinin ifaları daxil olacaq:

“Bizi maraqlandıran ifadakı qüsurlardır. Ad olaraq konkret bir şey demək mümkün deyil. Amma siyahıda gənc, yaşlı, sevilən, yaxud  bizim yaxşı tanıdığımız ifaçılar da var. Bu şəxsən mənim illərdir müşahidə etdiyim məsələ idi. Lakin son zamanlar   ədəbi dil baxımından qüsurlu ifaların birbaşa auditoriyaya təsir etdiyini gördük. Hətta ifaçılar öz yetirmələrinə belə təsir edirlər. O cümlədən musiqiyə yeni gələn gənclər də həmin müğənnilərin ifa tərzini örnək alır və davam etdirirlər. Musiqimiz qazanır, amma dilimiz itirir. Mən də mütəxəssis olaraq ifalarda mövcud olan qüsurları duyuram və hətta özümə sual verirəm ki, doğurdanmı filan musiqidə keçidlər belə tələffüz edilir? İfalarda ədəbi dil qüsurları o qədər daşlaşıb ki, mütəxəssis kimi  mən də çaşıram”.

S.Əliyeva qeyd edib ki, ifalardakı dil qüsurları yolverilməzdir:

“Bu gün artıq Azərbaycan musiqisi məkan tanımır. Bir vaxt Qarabağın  musiqi beşiyi olduğunu deyirdik. Lakin hazırda ölkənin bütün regionlarından peşəkar musiqiçilər çıxır.  Necə ki, aparıcıların nitqi tamaşaçılara təsir edir, müğənnilərdə də belədir. Tamaşaçı sevdiyi müğəninin ifasında bir sözü  dəfələrlə eşidirsə, bu artıq onda alışqanlıq halına çevrilir. Yəni səhv tələffüz edilən sözü elə həmin cür də  bilir, qulaq yavaş-yavaş öyrəşir. Axı bu, yolverilməzdir.

Ədəbi dilimizin  lüğət tərkibi dialektlərimizə əsaslanır. Amma dialekti kütləvi informasiya vasitələrinə  çıxarsaq, biz uduzacağıq. Sabit orfoepiya qaydalarımız pozulacaq.  Bu səbəbdən monitorinqlərə başlamışıq və nəticələri aprel ayında ictimaiyyətə açıqlayacağıq”.

Müsahibimiz deyib ki, musiqilərə fərd kimi müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur:

“Mahnılarımızda rast gəldiyimiz fonetik,  leksik  qüsurları aşkar edəcəyik. Məsələn, rəhmətlik Şövkət Ələkbərova, Rübabə Muradova  bu cür dil qüsurlarına yol vermirdi. Düzdür, hansısa ziyafətdə, dar mühitdə müğənnilər ifalarında hansısa dəyişikliyə yol verə bilər. Amma musiqilərimiz mədəniyyətimizin bir parçasıdır.

Bu gün müğənnilərimizin intellektual səviyyəsi də fərqlidir. Buna görə biz heç kəsi qınaya bilmərik. Amma istərdik ki, müğənnilər ifalarına diqqət etsinlər. Belə olduğu halda bu, onların danışığına da təsir edəcək. Monitorinqlər  müğənnilərimizin və dilimizin xeyrinə olacaq.  Əgər biz monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlasaq, inanırıq ki, özlərində qüsur olduğunu aşkarlayan müğənnilər də üzərlərində işləyəcəklər. Konrekt ad çəkmək və ya kimisə sual altına qoymaq fikrimiz yoxdur. Məqsədimiz dediyim kimi mövcud dil qüsurlarını ortaya qoymaqdır. Hansısa qurum və ya şəxs bizimlə işləmək, bizdən mütəxəssis kimi istifadə etmək istəsələr, mən iki əllə buna razı olaram. Biz hər bir şeyə hazırıq, yetər ki, dilimiz korlanmasın”.

Previous Post

Müğənnilər ifalarına diqqət etsinlər” – Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

Next Post

Bu ərazidə sürüşmələr davam edir – Xəbərdarlıq

Bənzər yazılar

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

07 Avqust 2026 - 09:57

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat...

Biləcərinin bir hissəsində işıq olmayacaq

Ölkənin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

07 Avqust 2026 - 09:11

Bu gün ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə, elektrik...

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16

Dövlət İmtahan Mərkəzi 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib....

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

06 Avqust 2026 - 15:51

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki...

Next Post
Bu ərazidə sürüşmələr davam edir – Xəbərdarlıq

Bu ərazidə sürüşmələr davam edir - Xəbərdarlıq

Bu ərazidə sürüşmələr davam edir – Xəbərdarlıq

Bu ərazidə sürüşmələr davam edir - Xəbərdarlıq

Son xəbərlər

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

07 Avqust 2026 - 12:27
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

07 Avqust 2026 - 12:18
FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

07 Avqust 2026 - 12:11
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

07 Avqust 2026 - 12:01
Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

07 Avqust 2026 - 11:46
“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

07 Avqust 2026 - 11:32
Bakıda obyektdə partlayış oldu

Bakının mərkəzində obyektdə yanğın başlayıb

07 Avqust 2026 - 11:25
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

07 Avqust 2026 - 11:07
Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

07 Avqust 2026 - 10:53
Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

07 Avqust 2026 - 10:45
Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

07 Avqust 2026 - 10:35
Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 - 10:29
Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

07 Avqust 2026 - 10:16
İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

07 Avqust 2026 - 10:08
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

07 Avqust 2026 - 09:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.