“Cavab tədbirləri daha ciddi, qətiyyətli və amansız olacaq”
Xəbər verdiyimiz kimi, fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb: “Ermənistan silahlı qüvvələrinin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür”.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb. Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı və bilməlidir ki, ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri daha ciddi, qətiyyətli və amansız olacaq.
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...
Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...