"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Mübariz Məsimov – Azərbaycanı evi sayan adam

15 İyul 2019 - 13:29
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Uğur özünə inamdan başlayır.

Qələbə qəlbində başladığın mübarizədən keçir.

İnam və mübarizə birləşəndə isə məqsəd, hədəf gerçəkləşir. Halal istək, halal niyyət qarşısında bütün sədlər, sərhədlər dağılır.

“Palmali Group” adlı bir şirkəti dünyanın ən böyük donanmalarından birinə çevirən tanınmış iş adamı Mübariz Məsimovun uğurlu tale formulunun əsasında da yuxarıda qeyd olunan məqamlar dayanır… 

*** 

Ad-san yiyəsi olandan bugünədək ona nə qədər çamur, iftira atılıb, haqqında nə qədər yalanlar uydurulub, bir Allah bilir… Gəmilərinin batdığı və satıldığı, müflisləşdiyi, bu üzdən də guşənişin həyat tərzi keçirdiyi sayaq “ağ yalanlar” deyilib… Amma o, qələm goreşənlərinin, sümük hərislərinin hədyanlarına çox hallarda əhəmiyyət verməyib. Söz dəllalları onu hövsələdən çıxaran bəzi vaxtlarda isə qılıncdan iti cavablarını alıblar: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona və rəngə girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq, ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər. Kimə ağıl verirsiniz, gerizəkalılar?!. Bir daha deyirəm, ucuz satdığınız qələmlərinizlə iş adamları ilə dövləti üz-üzə qoymayın…”.

Mübariz Məsimova ünvanlanan haqsız-ədalətsiz söz hücumu, görəsən, nə ilə bağlıdır, səbəbi nədir? Necə deyərlər, əli pul görən gündən ona ümid bəsləyib qapısını döyənə əl tutan, evsizi evli edən, imkansız, arxasız tələbələrə təqaüd ayıran…bu Allah bəndəsinə o şər-şəbədə yiyələri nə veriblər ki, indi ala da bilmirlər… 

Hara gedibsə, harda olubsa Azərbaycanı düşünüb, Azərbaycanla nəfəs alıb, Vətən adı dilindən düşməyib. Türk sevdalısı olub, daim qəlbində, ürəyində “türkçüyəm, türk oğlu türkəm” sözlərini gəzdirib: “Mərhum babam Məcid həmişə sandıqdan bayraq çıxarar və mənə göstərib deyərdi: “Bizim əsl torpaqlarımız bu dağları aşdıqdan sonra başlayır. Biz türkük, türk”. Bax beləcə, babam mənə türkçülük sevdasını aşıladı. O, həmişə Atatürkdən danışardı. Babamın boyu çox uzun idi. Deyərdi ki, Atatürkün boyu ondan da uzundur. Bizim də xəyalımızda Atatürk boyu 2 metrdən uzun bir pəhləvan kimi qalmışdı…”.

***               

Mübariz Məsimov “Palmali Group”u da, özünü də ona görə şöhrətləndirə, ad-san zirvəsinə qaldıra bilib ki, ürəyindəki sevgisini bu şirkətdə çalışan insanlardan əsirgəməyib. Özü də bu barədə söhbət düşəndə deyib: “Palmali”ni nə qədər qaralasalar da, dünya dənizində var və olacaq. “Palmali” sadəcə mənim uğurum deyil, “Palmali” böyük bir ailədir. Biz dənizçidən, dənizdən, kapitandan, aşbazdan fəhləsinə qədər bütöv bir komandayıq. İnsanın ən böyük var-dövləti şirkət deyil, şirkətin içindəki insanlardır…”.

Mübariz Məsimovun uğurunu, həm də rəhbəri olduğu “Palmali” kimi nəhəng bir kollektivin, bununla bərabər ailəsinin ona olan sevgisi şərtləndirib.

Ailədən, övlad-uşaqdan söhbət düşəndə isə bu kiçik cəmiyyətdə hökm sürən xeyir-bərəkəti nizam-intizamda, saflıqda, təmizlikdə, paklıqda görüb. Ata sərtliyini, ana qayğısını yüksək dəyərləndirib. “Valideynlərim həyatdakı ən böyük varlığımdır, şansımdır, -deyib və əlavə edib ki, əgər atam məni intizamlı bir yerə – hərbi mühitə göndərməsəydi, bəlkə də bu gün bu yerlərə qədər yüksələ bilməzdim…

***   

O,  heç vaxt söz, vəd adamı olmayıb.  

O, mərdliyi, səxavəti,  kişiliyi, haqq-ədaləti əməldə sübuta yetirib.  

O, etdiyi yaxşılığı dilə gətirərək, üzə vurmayıb.

Onun “sağ əlinin verdiyindən, sol əlinin xəbəri olmayıb”.

O, heç kimdən dua, alqış da ummayıb, heç kimdən əvəz, bəxşiş də istəməyib. Ona görə də İlahi bu təmənnasızlığına, xeyirxahlığına  görə onu heç vaxt darda qoymayıb, “neylim, necə eləyim” deməyə imkan verməyib. Var-dövlət hərisi olmayan bu Allah bəndəsinə Allah da  var-dövlətini  əsirgəməyib. 

Bu məqamda kövrək bir olmuşu xatırlatmaqdan yan keçə bilmirəm… Mərhum aktrisa Xanım Qafarovanın kiçik yaşlı qızı yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Bu ailənin acınacaqlı gün-güzəranı Azərbaycanda  bir iş adamını, bir sahibkarı belə narahat etmədi, ürəyini tərpətmədi. Nəhayət, Milli Məclisin deputatı Qənirə Paşayeva Mübariz Məsimova müraciət etdi, ondan kömək umdu, dəstək istədi. Mübariz müəllimin cavabı isə kövrək, duyğulu olduğu qədər də, köhnə kişilərə xas qürurverici idi: “Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər?!. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik…”.

***  

Mübariz Məsimov hər zaman doğulduğu kəndin, rayonun, bölgənin, bütün Azərbaycanın təəssübü ilə nəfəs alıb. Azərbaycanın xoş günlərində sevincini bölüşüb, çətin, üzücü vaxtlarında dərd-kədər yükünü mərd-mərdanə çəkməyi bacarıb. Ölkəsinə xain əllərini uzadan ermənilərə nifrətini, kinini gizlətməyib. “Şirkətlərimin hər hansı birində bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram”, -deyib. Özü dəfələrlə rəsmi şəkildə ermənilərlə heç vaxt ticarət əlaqəsi qurmayacağını da qeyd edib: “Ermənilərə qarşı hər zaman antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşındadır…”.

Mübariz Məsimov ermənilərin Xocalıdakı insanları türk olduqları üçün öldürdüklərini, hətta bu faktın düşmənlərimiz tərəfindən təsdiq edildiyini vurğulayıb: “Bu, qətliam deyil, soyqırımıdır… İnsanların məqsədli şəkildə milliyyətinə görə öldürülməsi soyqırımıdır. Diqqət yetirin, dinc insanlar Azərbaycan vətəndaşı olduqları üçün deyil, məhz türk olduqları üçün qətlə yetiriliblər. Bu səbəbdən Xocalı faciəsi təkcə Azərbaycan türklərinin deyil, özünü türk hesab edən hər bir şəxsin problemidir”.

***    

Mübariz Məsimov tariximizə, keçmişimizə, tariximizdə önəmli yerləri olan görkəmli şəxsiyyətlərimizə dəyər verməyi unutmur. “Bir liderin böyüklüyü inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünyagörüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah ötən əsrdə Azərbaycana üç böyük lider qismət esib: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin bünövrəsini qoyan kişilərdir. Məhəmməd Əmin Rəsulzadə üç rəngli bayraqla Şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. Yetmiş il Sovet zülmü repressiyalara rəğmən bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və “bir kərə yüksələn bayrağı” əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, kasıbların üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı?!. Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi…Yəni bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən…”.

Mübariz Məsimov bu fikirləri bildirməklə bütün soydaşlarını hər üç şəxsiyyəti hörmətlə anmağı, xatirəsini uca tutmağı tövsiyə edir və bu zaman Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz…”, -sözlərini xatırladır…

S. Ağayev

Previous Post

Mübariz Məsimov – Azərbaycanı evi sayan adam

Next Post

“Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”

Bənzər yazılar

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

22 İyul 2026 - 17:55

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü...

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

Next Post
“Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”

"Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik"

“Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”

"Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik"

Son xəbərlər

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

22 İyul 2026 - 23:17
Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42
Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37
COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

22 İyul 2026 - 18:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.