“Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hər hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb”. |
E. Bağırov əlavə edib ki, yeni tədris ilinin əvvəlindən diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin inkişaf yönümlü təlimlərə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda xüsusi proqramların, layihələrin hazırlandığını deyən nazirlik rəsmisi vurğulayıb ki, ilkin olaraq, hansı kateqoriyadan olan müəllimlərin təlimlərə cəlb ediləcəyi müəyyənləşəcək.