"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MTN-in “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyib – skandal

30 Oktyabr 2015 - 10:50
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

MTN-in “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyib  - skandal

Rabitə Nazirliyinin dünya telefon xəttinə çıxışı olan məmuru həbs olundu; RN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbsi ilə bağlı sensasion iddialar; Qərbyönümlü məmur kimi tanıdılan Eldar Mahmudov üçün daha çox “şimaldan gələn zənglər” maraqlı ola bilərdi…
Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə “Yeni Müsavat”ın yazdıqları bir daha təsdiqlənib. Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red) həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur.
Oktyabrın 28-də Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi – Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da saxlanılıb.
***
 
Həbs edilən Cəlil Cəfərov kimdir?  
C.Cəfərovun rəhbərlik etdiyi BƏHM cəmi bir neçə ay əvvəl hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
BƏHM “Aztelekom İB”in tərkibində 1994-cü ildə  yaradılıb. Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində ilk müstəqil qurum olan BƏHM 1995-ci ildə “Aztelekom İB”in tərkibindən çıxarılıb və birbaşa Rabitə Nazirliyinə  tabe edilib.
C.Cəfərov 1972-ci ildə anadan olub. Texniki Universitetin radiotexnika fakültəsini bitirən C.Cəfərov Elmlər Akademiyasının Fotoelektronika (indiki Fizika İnstitutu) İnstitutunun aspiranturasının məzunudur. 1995-1997-ci illərdə  Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Sonradan Rabitə Nazirliyinin Telekommunikasiya İdarəsinin baş mütəxəssisi, investisiya şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Daha sonra BƏHM-in direktoru vəzifəsinə təyin olunub. “Rabitə ustası” fəxri adına layiq görülən C.Cəfərov “Tərəqqi” medalı ilə də təltif olunub. Məlumata görə, iki övladı var.
Həbsin müəmması
Rabitə Nazirliyindəki həbslərlə bağlı heç bir rəsmi açıqlama verilmir və belə görünür ki, heç yaxın zamanda verilməyəcək də. Çünki  qanunsuz dinləmələrlə bağlı istintaq birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Bu iş tam olaraq Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubovun icraatındadır və ifadələrin alınmasında son dərəcə məxfilik qorunur.
Məhz C.Cəfərovun həbsi MTN-dəki gizli dinləmələrlə bağlı xəbərlərə yeni yön verib və sensasion iddialara   səbəb olub. Çünki həbs edilən C.Cəfərovun rəhbərlik etdiyi BƏHM Azərbaycanla dünya ölkələri arasında beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsinə məsul olub. BƏHM-in funksiyasına həmçinin beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması da daxildir.
Bu həbs o anlama gəlir ki, MTN-in “rabitə çetesi” təkcə Azərbaycanın siyasi hakimiyyət mənsublarının ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb. Güman ki, dövlət aparatına daxil olan şəxslərin xarici dövlətlərin vəzifəliləri və diplomatları ilə telekommunikasiya təmasları da Rabitə Nazirliyindəki adamları vasitəsilə kontrol edilib.
Bu arzuedilməz praktikadan Rusiya kəşfiyyatı daha çox istifadə edir və son illər bu cür beynəlxalq telefon danışıqlarının yayılması beynəlxalq skandal yaradıb. Məsələn, ötən il ABŞ dövlət katibinin müavini Viktoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey Pyattın Ukrayna müxalifətini müzakirə edən telefon danışığı internetdə yerləşdirmişdi. Həmin telefon danışığı zamanı ABŞ dövlət katibinin müavini Avropa İttifaqı barədə ədəbsiz ifadəyə yol vermişdi. ABŞ rəsmiləri telefon söhbətinə gizli müdaxilə edilməsini Rusiya kəşfiyyatının “çirkin oyunu” adlandırmışdı.
MTN-in “telefonçu qrupu” 
MTN-in “telefonçu qrupu”nun da Azərbaycanın dövlət adamlarının xaricilərlə danışmasına niyə bu qədər həvəsli olmasının səbəbləri barədə ilkin mülahizələri daha da genişləndirmək olar. Məlumdur ki, Azərbaycan hakimiyyətinin Qərblə soyuq münasibətləri olsa da, Kremllə hiss olunacaq dərəcədə yaxınlaşıb. Eldar Mahmudov hələ ki bilinməyən səbəblərdən nədənsə hakimiyyətdəki “qərbpərəstlər” siyahısına daxil edilirdi. Ona görə də MTN-in daha çox “şimaldan gələn zənglərin” kontrol edildiyi versiyası haqda danışmaq mümkündür. Əgər bu  məlumatlar rəsmən təsdiqlənərsə, “MTN işi” həm də ciddi beynəlxalq qalmaqala çevrilə bilər. Məhz həbs edilənlərin ifadəsi Eldar Mahmudovun sonrakı taleyini həll edəcək.
Yeri gəlmişkən,  istiqlal.az saytı Eldar Mahmudovun ailə üzvlərinin Azərbaycanı tərk etdiyi xəbərini yayıb. Məlumatda bildirilir ki, sabiq nazirin ailə üzvləri, həmçinin qayınatası E.Mahmudov işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb. Bəzi mənbələr isə Mahmudovların bir neçə il əvvəldən Londonda yerləşdiyini iddia edir… (musavat.com)
Previous Post

MTN-in “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyib – skandal

Next Post

125 dairə üzrə virtual səsvermənin nəticələri – SON 1 GÜN

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

125 dairə üzrə virtual səsvermənin nəticələri - SON 1 GÜN

125 dairə üzrə virtual səsvermənin nəticələri - SON 1 GÜN

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.