"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“MTN generallarının əlində kompromat toplusu var” – Zahid Oruc

29 Dekabr 2015 - 11:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub


Deputat Zahid Orucun “MTN işi” və Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bağlı açıqlamaları mətbuatda ciddi rezonans doğurdu. Bir sıra mühüm məqamlara toxunan Z.Oruc vurulan hakimiyyət kadrlarının ölkədən 10 milyardlarla vəsaiti çıxardığını və olduqca ciddi kompromatlara sahib olduqlarını deyib. Müsahibimiz Z.Orucla söhbətimizə mətbuatda səsləndirdiyi məhz bu fikirlə başlamaq qərarına gəldik.

– MTN-nin Beynəlxalq Bankla birgə məlum qohumluq bağlarına görə müxtəlif maliyyə əməliyyatlarına getdiyini inkar etmək mümkün deyil. Bank sisteminin ələ keçirilməsi, xaricdə mühüm iqtisadi uğurlar qazanan şirkətlərin yağmalanması və oğurlanan külli miqdarda korrupsiya pullarının təkrar dövriyyəyə qoyulması, həmçinin böyük hakimiyyət dayaqları olan iri iş adamlarına qarşı şantaj hesabına qəyyumçuluq, yüksək şəriklik, o da olmayanda aylıq-illik töycülərin təyin olunması inkaredilməz həqiqətlərdir. Bir sözlə, bütün maliyyə axınlarına nəzarət guya təhlükəsizlik məqsədilə həyata keçirilsə də, əslində, dövlətin siyasi rəhbərliyinin etimadından cinayətkarcasına istifadə baş verib. Dövlətin yüksək zirvəsinə gedən kommunikasiya xətlərini daim nəzarətdə saxlamaq hesabına mühüm idarəetmə sirlərinin ələ keçirilməsi hesabına böyük bir imperiya qurulub və özlərini cəzasızlıq sistemində hiss edənlər bütün təsisatları öz nüfuz və qorxu hakimiyyəti altında saxlamağa qadir olublar.

Neft bumu sönən kimi iqtisadi və maliyyə sektorunda talançılıq edənlər üzə çıxdılar. Ilk devalvasiyadan əvvəl ölkədə mövcud olan tendensiyalar əslində hakimiyyət içində böyük bir diversiya qrupunun olduğunu söyləməyə imkan verirdi. Lakin heç kəs yüksək general rütbəsi daşıyan çetenin belə Sprut şəbəkəsi formalaşdıra biləcəyinə inanmırdı. Lakin manatın dollar qarşısında ucuzlaşması hesabına dövlətin öz maliyyə dayanıqlığını təmin etməyə çalışması istənilən effekt verməyəndə bütün gizli resurslar və büdcədənkənar milyardlar öz işini gördü. Belə demək mümkünsə, daha çox qazanmaq ehtirası mavrları tora saldı. Lakin ilk dövr belə hesab olunurdu ki, bu yalnız Beynəlxalq Bankın qarantiyasız kreditləri hesabına yaranan oliqarxiyanın əməlləridir. Sonra burada iki dövlət qurumunun sistemliəməlləri artıq MTN bandasının ifşasından başqa bir yol qoymadı.

İndi baxın. Sistem yaradıcı Bank olaraq əsas vəsaitlərə sərəncam verən bir qurumun 7milyarddan artıq vəsaitinin taleyi üçün Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin vasitəsilətədbirlər görülür. Nə qədər pulun geri qaytarıldığını və bunun ümumi biznes mühitinə mənfi təsirini bir kənara qoysaq, söhbətin hər hansı vətəndaşın götürdüyü 50 min manatdan getmədiyini hamımız görürük. Bəs sadə adamların qat-qat artıq girovu müqabilində hərəkət edən qurumlarla müqayisdə Beynəlxalq Bank doğrudanmı yalnız müşahidə Şurası və ya yuxarıların göstərişi əsasında hərəkət edib?

Bunun üzərinə məxfi xidmət cəlladlarının dövriyyəsində olan pulları da əlavə edəndə dediyimiz rəqəm yaranır. Unutmayın ki, MTN 4 istiqamətdə repressiya və yağmalama tədbiri keçirib:

– müxtəlif kriteriyalar üzrə qruplaşdırdıqları iş adamları;

– dövlət məmurları və onarın şəxsi, yaxud vəzifə fəaliyyətinə müdaxilə hesabına talanan pullar;

– mütəşəkkil cinayətkar dəstələrin, dini-ekstremist qrupların guya zərərsizləşdirilməsi hesabına ələ keçirilən milyonlar;

– ən nəhayət, xarici agentura mərkəzləri ilə birgə həyata keçirilən müxtəlif çirkli maliyyə, bank və iqtisadi dövriyyələr.

“Onlar xalq əleyhinə cinayətlər həyata keçiriblər”

– Bundan başqa qeyd etmisiniz ki, “Akula Akif”in seyfindən çıxan mülkiyyət aktlarının Ispaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı.Bu dediyiniz fakt bir qədər istintaq materialına bənzəmirmi?

– MTN-in adının belə cinayətlərdə hallanması utancverici hadisədir və nəinki müstəqillik, hətta keçmiş sovet dönəmində ölkəmizdə çalışan çekistlərin tarixində qara ləkədir. O mundir, o bina, o sistem o qədər çamura bulaşdı ki,dövlət başçısı bununla bağlı sərt qərar verdi və demək olar, bir qurum tamam ləğv olundu. Çünki xalq əleyhinə cinayətlər cəzasız qala bilməzdi.MTN strukturunun adı yanında çəkilən Akif Mustafayevlə bağlı məsələlərə gəlincə, onun Eldar Mahmudovun çetesi yanında mühüm imtiyaz sahibi olduğunu, hətta idarəetmədə xüsusi şəxsə çevrildiyini,ayrı-ayrı rayonlarda MTN rəhbərlərini təyin etdiyinə görə özünü az qala nazir kimi apardığını çoxları bilir və qazandığı ləqəb haqda çoxlu əfsanələr dolaşır. Ümumiyyətlə, Eldar Mahmudovla yeyib-içdikdən sonra qaçış marşrutunu müəyyənləşdirən Akif bir daha sübut edir ki, o, himayədarından daha tədbirli, məkrli və ağıllı olub.Akif Mustafayev Eldar Mahmudovu idarə edib.

Informasiyanın mötəbərliyinə gəldikdə isə, Milli Məclisdə Təhlükəsizlik Komitəsinin üzvüyəm. Yəqin ötən dövr ərzində məxfi qrif altında olmayan belə məlumatların hakimiyyət dəhlizlərinə gəlib çatması o qədər də təəccüblü deyil. Ümidvaram ki,əli qandallananlar sırasında görəcəyiniz Akif Mustafayevin həqiqi əməllərinə hüquqi qiymət veriləndə belələrinin nəinki akula, heç kiçik balıq da olmadığını görəcəksiniz. Bu şəxslərin külli miqdarda maliyyəyə, əmlaklara sahib olduğunu müvafiq strukturlar bilir. Qaytarılacaq əmlakı da şəffaf qaydada müsadirə etmək gərəkdir.

“Mələk obrazı yaratmağa çalışırlar”

– “Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir. Hər gün yeni-yeni bəyanatlar hakimiyyət sisteminə müqavimətin məhz VIP məhbusların həbsxanadan verəcəyini deməyə imkan yaradır”.Bu fikir də sizə məxsusdur. Həqiqətənmi Kürdəxanıda bəzi məhbuslara bu cür VIP münasibət var?

– Məqsədim Kürdəxanı həbsxanasını hədəfə gətirmək deyildi. Hesab edirəm ki,orada hər kəsə siyasi mənsubiyyətindən asılı olmayaraq eyni cür yanaşırlar.Bu mənada Cahangir Hacıyevin müəyyən dövr azadlıqda olmasının mənası başadüşülən idi.Cahangir Hacıyevə verilən zaman müddəti ölkəyə vurulmuş maliyyə ziyanının bərpa olunması üçün idi.Indi bu şəxs hansısa idarəçilik sirlərini açacağı ilə,ya da Maliyyə Nazirliyini hədəfə gətirməklə düşünür ki,etdikləri əməllərə haqq qazandıra bilər. Yəni guya “biz icraçı olmuşuq, yalnız real tapşırıqları icra etmişik”.

– Hazırda həbsdə olanlar hansı sirləri aça bilərlər?

– Burada iki ehtimal var. Birincisi, onu nəzərə almaq lazımdır ki, MTN dünyanın hər yerində total nəzarət sistemi deməkdir.Bu struktur elektron casus qurğularından tutmuş,digər izləmə aparatlarına da sahibdirlər.Hər yerdə Mərkəzi Kəşfiyyat Idarələri dövlət içində dövlət adlanır.Bu strukturun digər hakimiyyət qollarından üstün imtiyazı olur.Gizli məlumata sahib olmaları onlara xüsusi yanaşma formalaşdırır.

Ikincisi, gerçəkdən də bu struktur istər iş adamlarının, istərsə də məmurların üzərində müxtəlif izləmə əməliyyatları apararkən dövlətçilik maraqlarına dayanan qüvvədirsə,o məlumatların95faizini istifadədən kənarlaşdırmalıydı. Çünki bu onların şəxsi yazışmasına, müqaviləsinə,iş prosesinə və sairə aid olan məslələrdir.Bu məlumatların yalnız2-3faizi önəmli ola bilər.Izlənilən şəxsin terror qrupları ilə əlaqəsi varmı,çirkli pulların yuyulmasında iştirak edirmi və sair.MTN generallarının əksəriyyəti informasiya daşıyıcılarıdır.Bu sözü söyləməyimə səbəb də MTN generallarının kompromat kütləsinə sahib olmalarıdır. Düşünürəm ki,bu gün hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq,bu qüvvələrin cinayət əməllərini görməli və onu dilə gətirməlidirlər.

“Xaricə kompromat ötürülübmü?”

-Milli Məclisdə Tühlükəsizlik Komitəsinin üzvüsünüz. Komitəyə xaricə informasiya ötürülməsi ilə bağlı məlumatlar daxil olubmu?

– MTN dövlət rəhbərliyini,hökumət təmsilçilərini daimi müdafiə mövqeyində qalmağa vadar edib.Həmçinin xaricdə yerləşdirilən emissarlar vasitəsilə dövlət əleyhinə informasiyalar da tirajlanıb.Mən prokurorluq orqanlarının təmsilçisi deyiləm. Yeri gəlmişkən, o qurumun da təmsilçilərinə qarşı sərt mövqeyimi bildirmişəm. Prokurorluğun bir strukturu məhz Təhlükəsizlik Nazirliyi və digər silahlı qüvvələrə nəzarət qurumudur.Hər bir hadisənin iki cür ifşası var.Birinci,real olaraq onlar əməllərinin üzərində yaxalanırlar.

Ikinci hal, əgər onların müxtəlif qrumlarda şəbəkələri qalmalarına rəğmən, ümumi sistemləri dağıdılıbsa,əvvəlki fəaliyyət özünü nə media məkanında,nə də ictimaiyyətdə göstərmirsə, deməli, dövlətlə bağlı müxtəlif dövrlərdə baş verən “ifşa kampaniyaları” bu qurumun əliylə törədilib.

– Sizcə,bu şəxslər əllərində olan 95 faiz açıqlanması düzgün olmayan,amma kompromat tipli məlumatları xaricə çıxara biliblərmi?

– Bunu söyləmək çox çətindir.Həmin şəxslərin hamısı məxfi işə qəbul edilən zaman əldə etdikləri məlumatları başqalarına ötürəcəyi təqdirdə məsuliyyət daşıdıqlarına dair sənədlərə imza atıblar.Onlar bilirlər bu xəbərlərin aşkarlanması,tirajlanması və kimlərinsə əleyhinə yer alması onlara qarşı ciddi təqib əməllərinin seçilməsinə səbəb olacaq.Bu adamların kimlərinsə şəxsi həyatına bağlı məlumatı mühüm dövlət sirri hesab etmələri çox yanlışdır.

“Dövlətə vurulmuş ziyanın geri qaytarılması şəffaf baş verməlidir”

– Qeyd etmisiniz ki, MTN və Beynəlxalq Bankla bağlı iş ictimaiyyətə açıq keçirilməlidir. Bu, “vurulan”şəxslərin əlindəki vəsaitin başqalarının nəzarətinə keçməsinin qarşısını ala bilər. Belə bir təhlükə varmı?

– Bunu söyləməyə əsas verən iki mühüm məsələ var.Birincisi, qeyd etdiyimiz kimi, təhlükəsizlik orqanlarının banda dəstəsi təkbaşına işləməyib.Ikincisi, etiraf etmək lazımdır ki, bu gün həbsxanada olan generalların müxtəlif uzantıları azadlıqdadır.Onlar hər cür təxribata,dövlət üzərinə ləkə atmağa hazırdılar ki,izi azdırıb,cəmiyyəti çaşdırsınlar. Ona görə düşünürəm ki,iş adamlarına,dövlətə vurulmuş ziyanın geri qaytarılması şəffaf baş verməlidir.Burada medianın necə hərəkət edəcəyi çox önəmlidir.Bu mənada düşünürəm ki,Eldar Mahmudov və onun banda üzvləri xalq qarşısında cavab verəcəklər.

“Eldar Mahmudovun bütün hərəkət marşrutu nəzarət altındadır”

– Nəyə görə, Eldar Mahmudov və Əli Abbasov hələ də azadlıqdadır?

– Əli Abbasova görə hamı təəssüf etdi. Amma Eldar Mahmudov hadisəsi xeyli fərqlidir. O təkcə vətəndaşa qarşı törədilmiş cinayətlərə görə deyil, bir neçə istiqamətli mənəvi-fiziki terror və maliyyə soyqırımlarına başçılıq edib. Dövlət sirrinə çıxışdan istifadə edərək əlində olan manat kütləsindən azad olaraq külli miqdarda dollar əldə edərək,onu ölkədən çıxarmaq və bununla da iqtisadiyyata təsir etməyin cəzası olmalıdır.Onun bütün hərəkətləri və əlaqələri tam nəzarət altındadır.Onun istintaqa çağırılıb,ifadə verməsi və orada qandalanması hələ baş verməyibsə,yəqin ki,baş verəcək.

– Ilqar Əliyevin müəmmalı şəkildə intihar etməsini necə dəyərləndirirsiniz?

– O hətta sinir krizi keçirərək həyatını itirsəydi də burada kənar müşahidəçi şübhəsi yaranacaqdı. Çünki bu qüvvələr biri digərini satmağa hər an hazır olan adamlar idi. Siz onlardan Ştirlits dözümü və şərəfi gözləməyin. Yəni hətta Çovdarovu belə ayaqlar altına atsam, xilas olaram, xəyalında yaşanlar var… Amma Ilqar Əliyevin ölümü cinyaət işlərinin ört-basdır edilməsinə səbəb olmayacaq.

“Azərbaycanda baş verənlərin arxasında müxtəlif qüvvələr olub”

– Belə ehtimallar da var ki, Binəqədidə binada baş verənyanğın hadisəsi,”Delta Telekom”dakı yanğın və MTN olayı bir-birinə bağlı olaylardır?

– Bu hadisələrlə bağlı təkcə təhlildən deyil,başqa informasiyalarımız da var.Lakin bunu indi bölüşməyi düzgün saymıram.Zaman gələndə bunlara aydınlıq gətiriləcək. Azərbaycanda bir-birinin ardınca baş verən terror əməlləri yalnız təbii fəlakət hadisəsi deyil.Bunların arxasında müxtəlif qüvvələr olub.Onların bu cür addım atmaqda məqsədi siyasi,iqtisadi,yoxsa hakimiyyəti içəridən özünə tabe etdirmək idi,bu suallara biz mövcud olduğumuz xəbər kütləsindən tam cavab verə bilmərik.Odur ki,media sensasiyası xatirinə bu məsələlərlə bağlı mövqeyimi bölüşmək istəmirəm.

– Belə bir yanaşma da var ki, sizin mətbuatda səsləndirdiyiniz fikirlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqeyinin ifadə olunmasıdır?

– Kiminsə adından çıxış etmirəm. Hörmətli Ramiz Mehdiyev dövlət idarəçiliyində mühüm bir simadır.Onun çevrəsində müxtəlif media orqanları,siyasi şəxslər, partiya nümayəndələri mövcuddur. O baxımdan ki, dövlətin resursları heç zaman fərdi savaşlara xərclənmədiyindən mənim kiminsə sifarişini yerinə yetirməyimi demək tamam əsassızdır. Bu məsələ üzərindən administrasiya rəhbərinin mənə və ya başqa birinə göstəriş verməsinə,bizim masamız üzərinə məxfi məlumatlar göndərməsinə ehtiyacı yoxdur.Bu işə münasibət bildirmək qəlbimizin səsidir,ümumi hadisələrin təhlilinə və milli mənafeyə xidmət istəyindən doğan hərəkətlərdir.

Previous Post

“MTN generallarının əlində kompromat toplusu var” – Zahid Oruc

Next Post

Neftçilərin ailələri `Günəşli` yatağına aparılacaq

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Neftçilərin ailələri `Günəşli` yatağına aparılacaq

Neftçilərin ailələri `Günəşli` yatağına aparılacaq

Son xəbərlər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.