"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MTN GENERALLARI KÖHNƏ MƏZARLIQLARDA NƏ AXTARIRDI? – “Məşhər günü” əməliyyatı – FOTOLAR

22 Noyabr 2015 - 08:19
in XƏBƏR LENTİ
FacebookVatsap

MTN GENERALLARI KÖHNƏ MƏZARLIQLARDA NƏ AXTARIRDI? – “Məşhər günü” əməliyyatı – FOTOLAR
Həmid Herisçinin sensasion reportajı: Mərəzənin Ceyrankeçməz məzarlığı niyə dağıdılıb: oradakı qəbirlərdən nələr götürülüb?

Gəncədəki xudmani, sakit otellərin birində tək oturmuşdum. Hiss edirdim ki, dəhlizə açılan qapının arxasında kimsə var. Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi.
Eşitdiklərimə təəccübləndim.
– Həmid bəy?
– Özüdü ki, var.
– Təcili olaraq qaldığınız oteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır.
Dedektiv kinofilmlərin ritmi, surəti qəfildən bax bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçlarından ehtiyatla sallana-sallana aşağı düşdüm. İki-üç dəqiqədən sonra məni artıq bu ünvanda kimsə aşkarlaya bilməzdi…
Qəribə əhvalat idi lap…
Kinoya oxşayırdı…
***
Dedektiv kino qəhrəmanına çevrilməyimdə, düzü, əslində təəccüblü heç nə axtarmayın. Neçə vaxtır ki, özümə əziyyət verərək yeni telelayihəm üzərində işləyirdim. Mövzum həmişəki kimi lap ağlasığmazdı.
Azərbaycandakı xəzinə-dəfinələri aşkarlamaq, tədqiq etmək azarı mənə bir an belə dinclik vermirdi. Gecəni gündüzümə qatmışdım. Yeməyi-içməyi lap unutmuşdum az qala. Bilgisayarımda ayrıca sarı qovluq açmışdım. Bu sahədə eşitdiyim, bildiyim müxtəlif məlumatları yığmışdım ora. Qovluq günü-gündən şişirdi.
Ancaq, tək mən deyildim bu sahədə gecəmi-gündüzümə qatan.
Bir başqa mənfi qüvvələr də sanki yarışa, rəqabətə girişmişdilər mən yazıqla. Hara gedirdim, hansı uzaq ünvana özümü çatdırırdım, hə, görürdüm ki, bax bu yad, qorxulu qüvvələr ya məni burda önləyiblər, yaxud məndən sonra ora gəlib öz çirkin əməllərini törədiblər. Minillik məzardaşlarını parçalayıb üyüdüblər. Qədim pirlərə necə deyərlər “ütü çəkib” yerlə bir ediblər. Məsəl üçün, Zirədəki məşhur Qələndərxana ərazisində bu göreşənlər çox gözəl qədim məzardaşlarından birini hamının gözü qarşısında param-parça etmişdilər – adamın ürəyi ağrayır indi həmin nadir abidəyə baxanda…
Gəncədəki Şah Abbas məscidinə özümüzü çox gec çatdırdıq. Bəlli oldu ki, oxşar şər qüvvələr buranı da əməlli-başlı qarət ediblər. Şah xəzinəsini qamarlayıb özləriylə aparıblar.
Günümüzə bir bax… Belə çıxırdı ki, İrakda, Suriyada qədim antik abidələrini, ziyarətgahları söküb yerində goreşənlik edən İŞİD-çilərin bir qolu elə bizim Azərbaycanda da istədiyini edir. Bir nəfər də demir onlara ki, ay balam, belə olmaz, özünüzü yığışdırın, bəsdir kənd-obalarda qədim abidələri sökdüyünüz.
Əksinə, hiss edirdim ki, bu şər qüvvələrin hakim qüvvələr arasında güclü havadarları, himayədarları mövcuddu.
Gec-tez bu iki zidd qüvvə, hardasa bir uzaq nöqtədə, bir yad yerdə görüşüb öz aralarında haq-hesab çürütməliydilər. Belə bir fürsət, şükür, axır ki, əlimə Mərəzə tərəflərdə keçdi. Qəsəbənin Seyid İbrahim ocağından xeyir-dua alıb altdan geyindim, üstən qıfıllandım. Az getdim, üz getdim, gəlib yetişdim Müşfüqabad dini icmasının sədri Süleymanov İlşad Əlseyran oğlunun hüzuruna. Onunla söhbətimiz tutdu.
Bəlli oldu ki, məni təqib edən şər qüvvələr bu yaşlı kişiyə də göz verib işıq vermirlər.
Həmin müasir göreşənlər, bayaq dediyim kimi TV-lərin göstərdiyi İŞİD-çilər kimi hərəkət edirdilər – dağıtdıqları məzarlıqlar, pirlər, digər başqa abidələr altında ləl-cəvahirət, qır-qızıl axtarırdılar. Hərdən bəxtləri gülürdü. Belə ovlardan qənimətlə qayıdıb qazanclarını bəzi dövlət rəsmiləriylə bölüşürdülər.
İlşad qardaşımızı bu cür iblislərlə tək-tənha buraxmaq azca qeyrətimə toxundu mənim.
Mərəzənin Seyid İbrahim ocağıdan xeyir-dua alaraq İlşad kişiylə görüşə tələsdim.
Burda hər an başımıza nə desən gələ bilərdi…
Hava yağmurluydu. Kənd çayxanasında isti sobaya söykənib telefonumun nə vaxt səslənəcəyini gözləməyə başladım.
***
Axır ki, əl telefonum silkələnib titrədi. Zəngvuran kəs mənə çox qəribə bir yerdə görüş təyin etdi. Gəldim çıxdım Mərəzənin İlanlı obasındakı palçıq vulkan ərazisinə… Hə, ya mən püskürməliydim burda, yaxud arxamdakı bu yatmış təbiət möcüzəsi…
Düzü, püskürən nə mən oldum, nə arxamdakı vulkan tacı. Vulkan olub püskürən təzəcə tanış olduğum İlşad müəllimin elə təkcə özüydü.
İlşad müəllimin yerinə, vallah, kimsə bir başqası olsaydı, düşdüyü sərgüzəştlərdən mütləq başına hava gələrdi bəlkə. Təsəvvür edin, sizə səhər çağı zəng edib deyirlər “Ay aman, özünü tez çatdır bura, Mərəzənin Ceyrankeçməz qəbristanlığına. Əcdadlarına məxsus bütün məzarlar darma-dağın edilib!”. Elşad müəllim əvvəlcə qulaqlarına inanmır, tezbazar cəld hərəkət edərək başılovlu gəlir göstərilən ünvana. Gördüyü mənzərəni öz məşhər günü bilir əvvəlcə:
– Ta qədimlərdən hamının müqəddəs bildiyi məzarlıq əvvəlki halında deyildi. Burdakı 53 məzarın hamısı sökülüb dağıdılmış, eskavatorun timsah dişlərinə tuş gəlmişdi. Dağıdılmış abidələr sırasında doğma bacım Sədaqətin, qardaşım Nizaminin məzardaşları da vardı axı… Gözlərimə inanmırdım. Bir ara elə bildim ki, dünyanın axırıdı, məşhər başlayıb, məzarlardan indicə qohum-qardaşlarım, ulu babalarım, bacı-qardaşlarım durub qalxacaq. Bir an bu cür dayanıb qaldım orda. Mərhum əcdadlarımın sür-sümükləri, kəllə-qafaları ora-bura səpələnmişdi. Çox sonra özümə gəlib ətrafımdakı maşınların AZ 10 PL 636, AZ 90 SE 067, AZ 90 KX 889 dövlət nömrələrinə fikir verdim. Etirazlarıma, harayıma fikir verən olmadığını görəndə təcili olaraq 102-yə telefon açdım, faciəni bütün təfərrüatıyla, xırdalıqlarıyla təsvir edib dövlətdən, polisdən yardım umdum.
– Nəticəsi oldumu? – ilk sualım, öz-özünə, qəfildən gəlib qondu qupquru dodaqlarım üzərinə.
– Qobustan Rayon Polis İdarəsinin rəis əvəzi Ceyhun müəllim zəng etdi az sonra mənə. İzahat yazmağımı xahiş etdi. Halım özümdə deyildi o vaxt. Həm də təcili Ukraynaya uçmalıydım deyə məsələni qoyduq sonraya. Səfərimdən elə təzəcə geri dönmüşdüm ki, Ceyhun yenidən zəng etdi mənə. Dedi bəs şad xəbər olasan, cinayətkarları aşkarlamışam. Telefonum susmaq bilmirdi o vaxt – bir də gördüm, həəə, bəs məni Anar müəllim axtarır.
– Kimdi bu Anar müəllim? – polis kimi danışmağım həm özümə təəccüblü göründü, həm də həmsöhbətimə.
– Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Bakı şöbəsinin rəisi. O, dedi ki, bəs, gəl kabinetimə. Getdim. Gördüm otaqda tanımadığım birisi var. Anar müəllim dedi ki, sədrin müavini Səyavuş bəy xahiş edir anlaşılmazlığı dədə-baba yoluyla həll edək. Bayaqdan bəri susub danışmayan o naməlum kəs bu vaxt arxadan gəlib məni bərk-bərk qucaqladı. Başladı hönkürtüylə ağlamağa. Dedi bəs adı Zamiqdi, qardaşı bilmədən xəta edib, bizim məzarlığı dağıdıb. Özü isə guya MTN-də işləyir. Ancaq vəsiqəsini göstərmədi.
Özümdə aşkarladığım müstəntiq istedadı, düzü mənə xoş gəlmirdi bu vaxt. İstəyirdim bu xislətimi tez dəf edib yenidən yazıçı istedadıma qayıdam. İlşad müəllimə diqqətlə qulaq asır, hadisələrin gur axarında azmamağa çalışırdım. Eşitdiklərimdən dəhşətə gəlmişdim, vallah. Arxamdakı palçıq vulkanı da deyəsən mənlə eyni hissləri paylaşırdı. İndicə partlayıb coşacaqdı elə bil.
Ancaq indi o deyil, İlşad bəydi söhbətimizin coşub partlayan vəhşi vulkanı:
– Qərara gəldik söhbətimizi hadisə yerində davam etdirək. Ancaq yoldaykən Zamiqin ürəyi sancdı nədi bilmirəm… sükan arxasına özüm keçdim. Yol boyu Zamiqin əli ürəyi üstə qaldı. Dağıdılmış məzarlığımızı bir də görəndə ağlım başımdam çıxdı az qala. Özümü yenə məşhər günündə gördüm. Bu yerdə Zamiq əlini, nəhayət, ürəyi üstündən götürdü. Dedi ki, bəs guya məzarlığı bərpa etmək istəyir indi. O vaxtlar Ceyhun müəllim də mənə dedi ki, işi dədə-baba yoluyla həll edək qurtarsın getsin. Dedim, rayon rəhbərliyi ilə görüşmədən buna cavab verə bilmərəm.
***
Xülasə, axırda Qobustan icra başçısı Adil müəllim də işə qarışır.
– Yol kənarındakı bir kafenin kabinetində başçıyla görüşdüm. Dərdimi danışdım. Dedim, qoy məzarlığı bərpa etsinlər, sonra mən müvafiq hüquq-mühafizə qurumlarına müraciət edərəm. Polisə gedib izahatımı yazdım. Sonra Zamiqlə bir də görüşdüm.
Bu zaman hadisə iştirakçıları sıralarında bir başqa mühüm şəxs – Milli Təhlükəsizlik Nazirliyinin Qobustan şöbəsi rəisi Əfqan Məmmədov da peyda olur.
İlşad bəy bunu belə təsvir edir.
– Mərəzədəki “Post QAİ” ünvanında Zamiqin gedib bir nəfər şübhəli şəxslə görüşməyi diqqətimdən qaçmadı o vaxtlar. Sonralar biz həmin şəxslə bir başqa yerdə, Mərəzədəki “Nərimanın kafesi”ndə görüşəndə bildim ki, həmin bu vacib şəxs Qobustanda MTN rəisidir.
Xülasə Ceyhun, Zamiq, Əfqan bəy… Sonralar bu heyətlə bizim İlşad bəy bir-iki dəfə də görüşür. Görüşlərin birində Zamiq hətta ona iki min manat pul da ötürür ki, bəs get yerli əhalidən fəhlə yığ, məzarlığı bərpa et və s.i. və ilaxır. İlşad bəy məbləği götürsə də, ehtiyat edərək Zamiqdən əlavə bir izahat almağı da yaxşı ki, unutmur.
Pulu götürmək istəmirdim. Bərpa işləri guya bir-iki günə başlayıb tez də qurtarmalıydı. Ancaq deyilən tarixdə Zamiq verən telefon nömrələrinə nə qədər zəng vurdumsa, dəstəyi qaldıran olmadı.
Nəysə, şübhlər başladı məni boğmağa. Arada bir Zamiq mənə sms ötürdü ki, bəs xəstədir. Qoy bir az səbr edim. Təzədən polis rəisi əvəzi Ceyhun bəylə zəngləşdim. Dedi, bəs axşam 10-11 radələrində gəl həmişəki kimi “Nərimanın kafesi”nə. Getdim gördüm ki, eyni heyət ordadır – Əfqan, Ceyhun, Zamiq. Söhbət zamanı bu Əfqan həmin Zamiqi kafedən qovaladı. Dedi bəs işi öz nəzarəti altına götürür. Guya tezliklə məzarlıq bərpa olacaq.
Söhbətimizi burda yarımçıq kəsdim. İlşada dedim ki, səbirli olsun, söhbətin ən dramatik məqamlarını mənə burda deyil, cinayət törənən yerdə, Mərəzənin Ceyrankeçməz məzarlığında danışsın.
İlanlı obasının bom-boz vulkan tacına son dəfə bir də baxıb həm onun səbrinə təəccübləndik, həm də öz səbrimizə. Vulkanın partlayışı görünür burda deyil, başqa ünvanda baş verməliydi.
Orda, 2015-ci ilin avqustunda, 7-dən 8-nə keçən gecə sözün əsl mənasında məşhər mənzərəsi yaşanmışdı axı.
Oturmuşdum dərə-təpələr qoynunda silkələnən qara “Mersedes”in ön cərgəsində. Sürücünün lap yanında. Gözlərimi bircə saniyə belə olsun qarşımdakı vəhşi mənzərələrdən ayırmırdım. Elə bilirdim həyat məni sürətlə məşhər gününə doğru dartıb sürükləyir.
***
Gəlib yetişdik məlum ünvana.
“Yeddi oğul istərəm” kinofilminin ilk kadrları neyçünsə gözlərim qarşısında canlandı – bayquş ulayır, qara qarğa bir ağacdan ayrılıb digərinə doğru uçur. Düzü, bu uçuşu axıracan təqib etməyə səbrim çatmadı. Ayağıma nəyəsə toxundu bu vaxt. Görüb aşkarladığımdan dəhşətə gəldim.
– Görürsüz də bu şərəfsiz əməllərin acı nəticəsini…uşaq qabırğasıdır, – İlşad bəy, kürəyimdən yapışıb məni geri dartdı. Sonra əlavə etdi:
– Bu da çanaq sümükləri…kəllə-qafalar…
Köhnə məzarlıqdan əsər-əlamət belə qalmamışdı – onu dünyadan amansızcasına silib-süpürmüşdülər.
Qədim məzardaşları da ortada yoxdu. Bilmirəm niyə, hansı səbəbə onları da aradan götürüb birdəfəlik yox etmişdilər. “MTN-çilərmi etmişdi bunu, yoxsa xalq arasında adına “vəhhabi” deyilən şər qüvvələr?” sualına belə cavab verərdim- “hər ikisi”…
Əslində bu işbirliyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə, məsəl üçün, İraqda, Suriyada da özünü göstərir – İSİD-çilər aldıqları sifarişlər əsasında bəzi çox nadir qədim memarlıq abidələrini götürüb amansızcasına sökürlər. Ad da qoyurlar ki, bəs bu “islama ziddi”. Abidələrdən çıxan nadir əşyaları, artefaktları, qızıl, zinət əşyalarını isə götürüb ötürürlər lazımı əllərə. Qərbdəki gizli ünvanlara.
Bəlkə də Eldar Mahmudovun evindən çıxmış o məşhur üç şüşə balonun dərinliyinə.
Suriyada, İraqda, Liviyada, həəəə, oxşar şər əməllərin törədilməyi ağlabatan idisə, Azərbaycanda bu cür cinayətlərin mövvcudluğu adamda təəccüb hissi doğururdu. Gözlərimə hələ də inana bilmirdim. İlşad bəyə tərəf tez-tez baxır, bu “möcüzələr talası”nda reallıq hissimi itirmək istəmirdim.
Ceyrankeçməz məzarlığını bircə gecəyə dağıtmış bu, belə deyək, “İŞİD” qüvvələri özbaşına deyildilər əsla – sabiq MTN generalları ilə sıx əlaqədəydilər. Diriləri soyub talan etməklərini bir kənara qoyaq. Ölüləri də soyub talan edirmiş bu bizim İŞİD-MTN cütlüyü…
– Ölülərin, mərhumların da borcu varmış görəsən bu quldurlara? – sualımı İlşad bəy deyəsən heç eşitmədi də. Məcbur oldum sualımı özüm cavablandıram.
– Cəlil Məmmədquluzadə ruhu mələyir ey bax bu mənzərələrçün. Mələyir! Bu əclaflar lap Şeyx Nəsrullahlıq edirmişlər ki, bütün Azərbaycanda. Ölüləri qəbirlərdən durğuzurdular… Hər iki aləmi qarət edirmişlər. Həm bu, həm o dünyanı!
Söhbətimizin mücərrəd bədii axarı, deyəsən İlşad bəyə xoş gəlmədi bu dar məqamda. O, söhbətimizi real məcraya qaytardı:
– Nə Zamiqdən, nə Əfqandan səs çıxmadı sonra. Məcbur qaldım ictimaiyyət adından məktub yazıb onu müvafiq qurumlara göndərim. Həəəə….bundan sonra telefonuma gələn naməlum zənglərin sayı-hesabı kəsilmədi. Ünvanıma saysız hədə-qorxular yağdırıldı.
– Nəydi bəs bu hərbə-zorbalar? – sualımı İlşad bəy çox gec cavablandırdı. Dağılmış məzarlığa əvvəlcə bir xeylax uzun-uzadı baxdı.
– Pulu geri istədilər… Dedilər ki, səni elə hala salarıq ki, dirilərin qalar, qəbirlərdən çıxardığımız ölülərin halına ağlayar. Dörd tərəfdən böhtan atmağa başladılar ünvanıma.
– İnşallah, Allah özü cəzasını verir bütün bunların. O sən dediyin köhnə MTN rəhbərliyi artıq iş başında deyil. Dərdin, inşallah yerdə qalmaz.
– Nə bilim…təki siz deyən olsun… Əşi, bu qibləsizlərin əlindən dörd rükət namazdan savayı nə desən gələr.
İlşad bəyin son cümləsi xüsusi nidayla yaddaşıma əbədi olaraq həkk olundu bu vaxt. Cavabına xəfifcə gülümsədim bir-iki dəfə. İlşadın pələng biləklərini bir müddət əlimdən buraxmadım.
Ayrıldıq dinməzcə.
***
Sabiq MTN rəhbərliyinin bütün Azərbaycan ərazisində qurduğu bu əmliyyatın şərti adını gəlin indi “Məşhər günü” qoyaq.
Kim bilir, bəlkə bu əməliyyatın həqiqi adı elə məhz beləymiş?(musavat.com)

Bunu da oxuyun

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

Previous Post

MTN GENERALLARI KÖHNƏ MƏZARLIQLARDA NƏ AXTARIRDI? – “Məşhər günü” əməliyyatı – FOTOLAR

Next Post

“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə…”

Bənzər yazılar

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. Elchi.az "AzEdu.az"a istinadən xəbər verir ki, onlardan...

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bizim ölkəmizdə İslam dininin dəyərləri ilə yanaşı, digər dinlərlərin də dəyərləri qorunur, hörmətlə...

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41

Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...

Next Post

“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə...”

“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə...”

Son xəbərlər

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

12 Oktyabr 2026 - 20:33
Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

12 Oktyabr 2026 - 18:56
Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.