Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
“Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – rəsmi məlumatda qeyd olunub.