Moskvada baş verən terror aktında həyatını itirənlərin kimliyi də məlumdur. Rusiya Səhiyyə Nazirliyi ölənlər arasında keçmiş gözəllik kraliçası Yekaterina Novoselovanın da olduğunu bildirib.
Moskvada baş verən qətliamdan sonra Rusiyada bu gün matəm günüdür. Crocus town hallda 100-dən çox insanın həyatını itirdiyi hücuma görə məsuliyyəti terror təşkilatı “İŞİD” öz üzərinə götürüb.
Elchi.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi ölənlərin kimliyini açıqlayıb.
Qurbanlar arasında keçmiş gözəllik kraliçası Yekaterina Novoselova da var.
Bildirilib ki, Novoselova 2001-ci ildə doğma şəhəri Tverdə keçirilən gözəllik müsabiqəsinin qalibi olub və son vaxtlar Moskvada yaşayır.
Hücum zamanı 35 yaşına günlər qalmış 34 yaşlı Pavel Okişev və onun həyat yoldaşı, 33 yaşlı fotoqraf İrina Okişev də həlak olub.
Xəsarət alanlar arasında səkkiz yaşlı uşağın da olduğu, vəziyyətinin ağır olduğu bildirilib.
Rusiyada son illərin ən qanlı hücumunda 6000 nəfərlik konsert zalının damı yanğından sonra uçub, cansız cəsədlər dağıntılar altından çıxarılıb.
Nuranə Məmmədova