Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb. SİA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə strukturlarının yaydığı məlumatda bildirilir.
Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov terror aktı versiyasını istisna edib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada metrosunda qəza baş verib. Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir