Moskvanın Lixaçev küçəsində pilotsuz uçuş aparatı çoxmərtəbəli biznes mərkəzinə çırpılıb.
Elchi.az bu barədə tass.ru-ya istinadən xəbər verir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Moskva meri Sergey Sobyanin Telegram kanalında dronların səhər saat 4-də Moskvada iki qeyri-yaşayış binasını vurduğunu təsdiqləyib.
“Ciddi dağıntı və tələfat yoxdur”, – deyə o, əmin edib.
Nuranə Məmmədova