Sudan ordusu Antonov tipli mülki yük təyyarəsinin ölkənin şərqindəki Port Sudan hava limanında havaya qalxarkən qəzaya uğradığını və 9 nəfərin öldüyünü açıqlayıb.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
“Bu axşam Port Sudan hava limanında Antonov tipli mülki yük təyyarəsi texniki nasazlıq nəticəsində uçuş zamanı qəzaya uğrayıb”, – ordunun bəyanatında deyilir.
Açıqlamada qəzada 4-ü hərbçi olmaqla 9 nəfərin həyatını itirdiyi, bir uşağın sağ qaldığı bildirilib.
Nuranə Məmmədova