“Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfərinin nəticələrini aldıqdan sonra Rusiyanın mövcud kanallar vasitəsilə ABŞ-la mövqe formalaşdırmaq və danışıqları davam etdirmək imkanı var”.
Elchi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz indi dövlət başçısının əldə etdiyi məlumatlar əsasında gələcək mövqeyimizi formalaşdırmaq və hazırda fəaliyyətdə olan mövcud kanallar vasitəsilə çox yaxın vaxtlarda əlaqələrimizi davam etdirmək niyyətindəyik”.
Ukrayna nizamlanması üzrə danışıqlar şənbə və bazar günləri Mayamidə baş tutub. Amerika tərəfini ABŞ prezidentinin elçisi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni, sahibkar Cared Kuşner təmsil ediblər.
Yeganə





















