“2020-ci ildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi son dərəcə səriştəsiz idi”.
Elchi.az erməni mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Lazariya klubunun lotereya formatında keçirilən sessiyası çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, Ermənistan hərbi əməliyyatlar zamanı öz əsgər və zabitlərininməyusluğuna yol verib. Deputat hərbçilərin hansı təhqirlərə məruz qaldığını da diqqətə çatdırıb: “O vaxt onlar Qafqazın ən güclülərindən biri hesab olunurdular və “Dağlıq Qarabağ”ın təhlükəsizliyinin təminatçısı idilər. Üstəlik, Rusiya Federasiyasının bütün bu hekayədə səhv etmədiyini desəm, dürüst olmayacağam”.
Yeganə