Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mətbuat xidməti siyasətçinin evinə hücumla bağlı bəyanat yayıb.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, sözügedən bəyanatda San-Fransiskoda Pelosinin əri ilə birlikdə yaşadığı iqamətgaha bu gün səhər saatlarında hücum edilib.
Pelosinin 82 yaşlı həyat yoldaşı Pol Pelosi yaralanıb və daha sonra xəstəxanaya yerləşdirilib. Nensi Pelosi hadisə zamanı şəhərdən kənarda olub.
Qeyd olunur ki, hücum edən şəxs saxlanılıb, hazırda onun haqqında məlumatlar müəyyənləşdirilir, şübhəlinin şəxsiyyəti hələlik açıqlanmır.
Yeganə