“Molla rejimi İslamın düşmənidir” – Qalmaqallı din xadimi

41

Parisdə İrandakı kütləvi etirazlara dəstək nümayiş etdirən “Dransi” məscidinin imamı Həsən Şəlğumi iranlıları oyanmağa və azadlıq uğrunda mübarizəni davam etdirməyə çağırıb.

Elchi.az xəbər verir ki, qalmaqallı din xadimi ötən həftə “Əxlaq” polisi tərəfindən qətlə yetirilən 22 yaşlı Məhsa Əmini “şəhid” hesab etdiyini bildirib.

“Məhsa Əmini mənim üçün şəhid sayılır. Bu qadın İranı silkələdi. O, İslam dünyasını, bütün dünyanı heyrətə gətirdi. İslam faşizminə qarşı bu etirazlar göstərir ki, molla diktaturası və doktrinası əbədi deyil. İran xalqı oyanmağa və azadlığa layiqdir. Biz onlara dəstək olmaq və faşizmə, islamçılığa və diktaturaya yox demək üçün buradayıq”, – o İran xalqına müraciətində deyib.

Qeyd edək ki, bazar günü minlərlə insan dünyanın bir sıra böyük şəhərlərində, o cümlədən Parisdə İranda baş tutan etiraz hərəkatına dəstək nümayişləri keçirib.