Düşmənin başını əzdiyimiz tarixin ilk günü…

48

D”Bu gün xalqımız üçün çox önəmli bir tarixdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsinin başlandığı, Qələbəyə gedən yolun ilk cığırlarının açıldığı gündür. Azərbaycanın oğul və qızlarının Ali Baş Komandan, xalqımıza, dövlətimizə 200 ildən sonra itirilmiş ərazilərimizi, doğma torpaqlarımızı qaytaran Liderin ətrafında sıx birləşərək, yumruq tək sıxılaraq düşmənin başını əzdiyi tarixin ilk günüdür. Bu savaşda, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən müharibədə canlarını fəda etmiş qəhrəman övladlarımızın şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Hüseynov FB hesabında qeyd edib:

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu ölkə başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilərək daim möhkəmlənən Silahlı Qüvvələrimiz Vətənimizin keşiyində ayıq-sayıqlıqla dayanaraq Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alır. Bu gün dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə bərpa-quruculuq işləri aparılmaqla azad edilmiş ərazilərimiz dirçəlir, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdırlar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Ali Baş Komandan İlham Əliyev çıxışında deyib: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Şəhidlərimizin şərəfinə bu abidə – bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri – Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.

Şayəstə