"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Molla rejimi düzələn deyil”

10 İyun 2016 - 15:35
in MANŞET
FacebookVatsap
<font color=red><b>“Molla rejimi düzələn deyil”</b></font>

Qüdrət Həsənquliyev: “İranın bölgədə yürütdüyü siyasət Azərbaycana münasibətdə düşmənçilik siyasətidir”

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

– İranla Ermənistan arasında viza rejiminin ləğvini və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfərini necə qiymətləndirirsiniz?

– Dünyada müsəlman təəssübkeşliyi yoxdur. Ayrı-ayrı dövlətlər zaman-zaman dindən siyasi məqsədlər üçün istifadə ediblər. Baxmayaraq ki, peyğəmbərimiz də buyurub, “Quran”da da yazılıb ki, müsəlman müsəlmana qardaşdır. Amma İran 1 milyon müsəlmanı didərgin salmış, məscidləri donuzxanaya çevirmiş bir dövlətə sanksiya tətbiq etmək əvəzinə, hələ onunla viza rejimini aradan qaldırır, Ermənistanla siyasi, ticari, hərbi əlaqələr qurur. Bu da onu göstərir ki, onların müsəlman təəssübkeşliyi sırf siyasi məqsədlər naminə dindən istifadədir. Onlar Allah da tanımırlar. Bir insan digərinin haqqını tapdayırsa, hüququnu pozursa, haqqı tapdanan, hüququ pozulan insan müdafiə olunmalıdır. Müsəlmançılığı, şiəliyi bir qırağa qoyuram, əgər bunlar qonşuluğunda başqasının haqqını tapdayanla bu cür isti münasibət qururlarsa, deməli, nə Allahları var, nə də müsəlmandırlar.

– Bunun əsas səbəbi nədir?

– Qorxurlar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə, hüquq və qanunun aliliyinə əsaslanan dünyəvi bir dövlət modeli qursa, bu, Cənubi Azərbaycandakı 30 milyon azərbaycanlı üçün nümunə olar. Onlarınkı odur ki, cəhalət olsun, öz xalqlarını çapıb-talasınlar, qadınlara çarşaba bürüsünlər. Ona görə də sözdə bizi müdafiə edirlər, guya Qarabağ məsələsində bizimlə bir yerdə olduqlarını deyirlər. Amma molla rejimi ilə ATƏT-in Minsk Qrupunun mövqeyi nədə fərqlənir? Mən həmişə demişəm ki, əgər Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadırsa, siyasi baxımdan erməni diasporunun güclü olduğu Fransa və ABŞ-dırsa, Ermənistanı iqtisadi baxımdan ayaq üstdə saxlayan Ermənistanla qonşu olan müsəlman dövlətləridir. Onların biri din, biri də can qardaşımızdır. Molla rejiminin bu cür siyasi riyakarlığına görə, yəni Allah qarşısında müsəlman deyib, müsəlmana zülm edən bir dövlətə dəstək verdiklərinə görə Allah-təala bu insanları cəzalandıracaq, bunu zaman göstərəcək. Allah qarşısında insanlara zülm edən bir dövlətə dəstək verməkdən böyük günah ola bilməz.

– Deməli, İrandan gələcəkdə də Dağlıq Qarabağ probleminə münasibətdə Qüds məsələsində sərgilədiyi mövqeni gözləyə bilmərik.

– Qüds məsələsi onlara siyasi məqsəd üçün lazımdır. Yoxsa din hara, Allah hara, onlar hara? 1 milyon insanı evindən qovan dövlətlə dostluq etməyin Allahla, dinlə əlaqəsi yoxdur. Bir müddət əvvəl İranın bir-iki mollası çıxdı ki, siz müharibəyə başlayın, biz sizə kömək edəcəyik. Dedim ki, bizim əvəzimizə vuruşmağa ehtiyac yoxdur, sadəcə, özünüzün dini liderinizə müraciət edin ki, niyə müsəlmanları ev-eşiyindən didərgin salan bir ölkə ilə belə öpüşüb, qardaşlıq edirsən?! Dedim, bir bu sualı verin, elə bilin ki, gəlib bizim əvəzimizə vuruşmusunuz. Yoxsa, elə onlara da bölgədə müharibənin alovlanması lazımdır ki, altdan-altdan Ermənistana dəstək versinlər. Aprel hadisələri də göstərdi ki, molla rejimi düzələn deyil. Bəlkə gələcəkdə İranda hüquqi, demokratik dövlət qurula, oradakı azərbaycanlılar öz haqlarını qoruya, tanıyalar, o halda başqa məsələ olacaq. İndiki halda isə onlar düzəlməyəcəklər.

– Azərbaycan hökumətinin İran və Ermənistan arasındakı son yaxınlaşmaya münasibəti necə olmalıdır?

– Azərbaycan bu məsələdə kəskin şəkildə mövqeyini ortaya qoymalı, İranın atdığı addımları pisləməlidir. Bəyan etməlidir ki, bu, beynəlxalq hüquqa hörmət deyil. Necə ola bilər ki, başqa dövlətin ərazisini işğal edən dövlətə sanksiya tətbiq etmək əvəzinə, viza rejimini aradan qaldırasan. İran bu addımı ilə Ermənistanı şirnikləndirir ki, Azərbaycanın torpaqlarını işğal etməklə düz edib.

– Yeri gəlmişkən, son vaxtlar Azərbaycan-İran münasibətlərində istiləşmə müşahidə olunur, Şimal-Cənub dəhlizi ilə bağlı birgə işlər görülür. Məhz belə bir məqamda İranın Ermənistanla viza rejimini ləğv etməsi, münasibətləri daha da yaxınlaşdırması nə ilə əlaqədardır?

– Çünki düşmən ölkədir, belə də olmalı idi. İranın bölgədə yürütdüyü siyasət Azərbaycana münasibətdə düşmənçilik siyasətidir. Bunu bizim hamımızın bilməyimiz lazımdır. Nə qədər ki, İranda molla rejimi var, bu münasibətlər çətin ki, düzəlsin. Çünki İrandakı molla rejimi dünyəvi dövlətçiliyi öz varlığına təhlükə kimi görür. Onlar üçün önəmli olan molla rejimini qoruyub, saxlamaqdır. Onları İranda yaşayan xalqların maraqları, hüquq, ədalət düşündürmür. İstədikləri odur ki, hakimiyyətdə qalsınlar. Hakimiyyətdə qalmaq üçün də molla rejimini qorumağa çalışırlar. Yanlış olaraq düşünürlər ki, guya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, müsəlmanların öz yurd-yuvalarına qayıtması molla rejiminin varlığına təhlükədir. Ona görə də Ermənistanla əlbir olublar. Həm də farslar bölgədə rusların əlaltısı olublar. O da istisna deyil ki, ruslar İrandan Ermənistanla viza rejiminin ləğvini tələb ediblər.

Previous Post

“Molla rejimi düzələn deyil”

Next Post

17 ermənini öldürən şəhidin atasının borcu silindi

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

17 ermənini öldürən şəhidin atasının borcu silindi

17 ermənini öldürən şəhidin atasının borcu silindi

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.