"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MOLDOVANIN KİŞİNEU ŞƏHƏRİNDƏ “HEYDƏR ƏLİYEV HƏYATININ 100 ANI” KİTABININ TƏQDİMATI

30 May 2026 - 11:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən Moldova Tarix Muzeyində Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya və Gürcüstan Yazıçılar Birliklərinin üzvü Emil Nəsirlinin rumın dilində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Magistratura imtahanının nəticələri elan olunub

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Tədbirdə yerli ictimai-siyasi xadimlər, diplomatik korpusun üzvləri, elm və mədəniyyət nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, beynəlxalq təşkilatların nümayəndələri, diaspor fəalları iştirak ediblər.

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunan təqdimat mərasimini açıq elan edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bu kitabın məhz rumın dilində — Moldova cəmiyyəti üçün dövlət dilində nəşr olunmasının əhəmiyyətindən danışıb. Səfir qeyd edib ki, oxucular Heydər Əliyev haqqında bu kitabda yer alan məlumatlarla böyük maraqla tanış olacaqlar.Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıb.

Səfir Ülvi Baxşəliyev çıxışında müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından bəhs edib, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb.

O, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən danışıb. Səfir Ülvi Baxşəliyev müəllif Emil Nəsirliyə “Heydər Əliyevin həyatının 100 anı” kitabını ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirib, bu kitabın dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Tədbirdə çıxış edən Moldovanın siyasi və dövlət xadimi, Moldova Respublikasının 2-ci Prezidenti Petru Luçinski bildirib ki, Heydər Əliyev xalqının tarixində dərin iz qoyub, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycan regionun liderinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrilib. Petru Luçinski qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır.O, həmçinin 90-cı illərdə Moldova Prezidenti kimi Bakıya səfərini, Heydər Əliyevlə səmimi görüşünü və aralarında yaranmış isti münasibətləri ətraflı şəkildə xatırladıb. Sonda Petru Luçinski yazıçı-publisist Emil Nəsirlini belə bir möhtəşəm kitabı ərsəyə gətirdiyinə görə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra çıxış edən “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli tədbirin Moldovanın paytaxtı Kişineu şəhərində keçirilməsinə xüsusi dəstək göstərən başda Səfir Ülvi Baxşəliyev olmaqla Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinə və kitabın rumın dilinə tərcümə olunmaqla işıq üzü görməsinə təşəbbüs və maddi dəstək göstərən “Azmol Group” holdinqın prezidenti, hüquq elmləri doktoru, mesenat Vüqar Novruzova minnətdarlığını bildirib.

Yazıçı-publisist E.Nəsirli qeyd edib ki, Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin məqamlarından söz açan E.Nəsirli vurğulayıb ki, Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edib. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində Heydər Əliyevin rolu danılmazdır. Emil Nəsirli məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olduğunu, dövlətimizin sabit və firavan gələcəyinin təmin edildiyini diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafını dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlayan Emil Nəsirli ölkəmizdə hərtərəfli tərəqqinin, ictimai-siyasi sabitliyin qorunması və iqtisadi inkişafın təməlində Heydər Əliyevin böyük əməyi, müstəsna xidmətləri və uzaqgörən strategiyasının dayandığını dilə gətirib. Bununla yanaşı, Emil Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətidir, Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaşlardan biridir. O, qüdrətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Daha sonra, Emil Nəsirli Azərbaycanın sülh gündəliyinə dəstək göstərən ölkələr sırasında dost Moldovanın da olduğunu, Azərbaycan ilə Moldova arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyədə uğurla inkişaf etdiyini, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsinin bunun bariz göstəricisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Emil Nəsirli həmçinin kitabın fəsillərində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilib. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara, həmçinin Ulu Öndərin xarici ölkələrə səfərlərinə, ali səviyyədə görüşlərinə də geniş yer ayrılıb. Emil Nəsirli onu da qeyd edib ki, müəllifi olduğu “Heydər Əliyev. Həyatının 100 anı” kitabı ingilis, rus, rumın dillərində olmaqla yanaşı hazırda ivrit dilinə tərcümə edilir, kitabın təqdimat mərasimləri Azərbaycan daxil olmaqla Türkiyə, ABŞ, Kanada, İsveçrə, Özbəkistan, Qırğızıstan, Rusiya, Çexiya, Kanada, Belarus, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə də keçirilmişdir.

Təqdimat mərasimində “Heydər Əliyev həyatının 100 anı” kitabın rumın dilinə tərcümə olunmaqla işıq üzü görməsinə təşəbbüs və maddi dəstək göstərən
“Azmol Group” holdinqın prezidenti, hüquq elmləri doktoru, mesenat və xeyriyyəçi Vüqar Novruzov çıxış edərək bildirib ki, Bu gün biz təkcə bir kitabdan danışmırıq — biz bir yoldan danışırıq. Mürəkkəb bir dövrdən keçmiş və ölkəsinin taleyi üçün ən çətin, qeyri-sabit illərdə məsuliyyəti öz üzərinə götürmüş böyük dövlət xadiminin yolundan danışırıq.

Kitabın adı — “Həyatın 100 anı” — özü çox şeydən xəbər verir. Moldova azərbaycanlıları üçün xüsusilə dəyərlidir ki, bu yüz anın arasında Azərbaycanla Moldovanı birləşdirən səhifələr də var. Bunlar səmimi dostluğun, qarşılıqlı hörmətin və səmərəli, hərtərəfli əməkdaşlığın səhifələridir.

Lakin bu kitab bizə daha böyük bir dəyər — canlı tarixi yaddaş bəxş edir. Əminəm ki, minlərlə azərbaycanlı üçün doğma evə və ikinci vətənə çevrilmiş Moldova sakinləri üçün öz ölkəsini dərin xaosdan çıxarmağa, onun gələcəkdə həm regionda, həm də dünyada güclü və nüfuzlu bir dövlətə çevrilməsi üçün möhkəm təməl yaratmağa nail olmuş Azərbaycan xalqının ümummilli liderin yaradıcı və qurucu fəlsəfəsini anlamaq maraqlı olacaq.

Heydər Əliyevin müdriklik, kompromis və uzaqgörənlik dərsləri hər zaman aktual olan bir irsdir və bu gün də hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Vüqar Novruzov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək.

Təqdimat mərasimində 2013-2019-cu illərdə Moldovanın Mədəniyyət naziri olmuş Monika Babuk, 2008-2015-ci illərdə Moldovanın Ombudsmanı olmuş, ictimai xadim Aureliya Qriqoriu və digərləri çıxış ediblər.
Sonra ictimai-siyasi xadimlərin, yerli və beynəlxalq qurumların nümayəndələrinin, KİV əməkdaşlarının və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını iştirakçılara hədiyyə edib.

Təqdimat mərasimində ulu öndər Heydər Əliyevə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.
Tədbirin sonunda pianoçu Vitali Qavruk Qara Qarayev və Fikrət Əmirovun əsərlərini ifa edib.

Previous Post

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Next Post

İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bənzər yazılar

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57

Polşa və Ukrayna arasında raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib. Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri...

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Elchi.az...

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45

Banqkokun Latphrau rayonundakı "Rong Beer Na Lat Phrao" pabında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 37-yə çatıb. Elchi.az...

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13

Qlobal informasiya məkanında reklam çoxaldıqca həqiqətə ayrılan yer daha da kiçilir. Reklamın strateji hədəfi isə şərti alıcı tərəfindən qəbul olunacaq...

Next Post
İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyulun son gününün havası açıqlanıb

30 İyul 2026 - 12:24
Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

30 İyul 2026 - 12:15
9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

30 İyul 2026 - 12:06
“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

30 İyul 2026 - 11:54
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

İlin ilk yarısında xarici dövlət borcu üzrə 393,4 mln. dollar ödəniş edilib

30 İyul 2026 - 11:41
Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

30 İyul 2026 - 11:24
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

30 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05
Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

30 İyul 2026 - 11:00
Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

30 İyul 2026 - 10:52
Argentinada vertolyot qəzası: 7 ölü

Argentinada vertolyot qəzası: 7 ölü

30 İyul 2026 - 10:43
ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

30 İyul 2026 - 10:35
Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

30 İyul 2026 - 10:26
İordaniya Ordusu: İrandan atılan 5 raketi vurduq

İordaniya Ordusu: İrandan atılan 5 raketi vurduq

30 İyul 2026 - 10:18
Gəncədə yanğın-taktiki təlim keçirilib – VİDEO

Gəncədə yanğın-taktiki təlim keçirilib – VİDEO

30 İyul 2026 - 10:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.