Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanunu imzalayıb.
TASS-ın verdiyi xəbərə görə, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu bildirib.
Liliana Vitsu deyib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.
Qanunda dezinformasiya dair də sərt tələblər müəyyənləşir. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.
Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib
İranın Ali rəhbəri Müctəba Xamenei raketlərin uçuş məsafəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına dair göstəriş verib və qərara əsasən hədəfi...





















Son şərhlər