"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Moldova `İkinci Ukrayna`ya çevrilir – TƏHLİL

25 Yanvar 2016 - 10:41
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

1980-ci ilin sonlarında Moldovanın rəhbəri Mirça Snequr Moskvaya səfəri zamanı müstəqilliklərini elan etmək istədiklərini dilə gətirəndə belə bir təhdid dolu cavab almışdı: “Moldova müstəqiliyini elan edə bilər, amma tək yox, ərazisində 3 müstəqil dövlətlə birgə”.

Ötən həftənin çərşənbə günündən Moldovada sol müxalifətin – Sosialistlərin və `Bizim partiya`nən geniş etiraz aksiyaları keçirilir. Onlar parlamentin buraxılmasını və yeni seçki keçirilməsini tələb edirlər.

Bu hadisələr ölkənin II Ukraynaya çevrilmə risqini artırmaqdadır. Rusiya siyasətinin ideoloqlarından biri Aleksandr Duqin bildirir ki, Moskva Moldovada istənilən ssenarini, o cümlədən, güc siyasətini həyata keçirməyə hazırdır. Proseslərdə `Rusiya izi` açıq görünməkdədir. Kreml Moldovanı itirməkdən qorxur və buna görə, aqressiv davranışa belə, gedə bilər.

Etirazçıların Moldova Parlament binasına hücumu və sosialistlərin rəhbəri İvan Çebanın aksiyada nazirlərin, həmçinin baş nazirin seçimində deputatların səs vermək hüququnun olmamasına etiraz etməsi niyyətləri açıq şəkildə ortaya qoyur. Sosialistlərin Avropa Birliyinin Kişinyovdakı ofisi qarşısında toplaşması da şübhə doğuran nüanslardan biridir. Aksiyada iştirak edən sosiliast deputatlardan biri elan edib ki, Gömrük İttifaqına inteqrasiyaya dəstək olaraq 800 mindən çox imza toplanılıb. Sosilistlərin tələblərindən biri də budur ki, hakimiyyətin Avropa Birliyi ilə assosiativ müqavilə imzalamaq səlahiyyəti olmamalıdır.

İllərlə dondurulub saxlanılan Dnestryanı münaqişə bu məqamda gözlənilməz şəkildə aktivləşə bilər, çünki Moldova sosialistləri rəsmi Kişinyovun Qərbə inteqrasiyasından çox narahatdırlar.

Əslində sosialistlər deyil, Moskva vəziyyətdən hiddətlənib. Moldovanın Avropa İttifaqı ilə yekun assosiativ saziş bağlayacağı günün yaxınlaşması Moskvanı Moldovada “İkinci Ukrayna” sserasini qurmağa sövq edə bilər.

Maraqlıdır ki, təxminən 2 həftə əvvəl qondarma `Dnestryanı Moldova Respublikası`nın `prezidenti` Yevgeni Şevçuk dövlət sərhədi haqqında `qanun`u imzaladı. Qanunda göstərilir ki, Moldovanın nəzarətində olan bir neçə məntəqə Dnestryanı Republikanın ərazisidir. Qərb bu məsələdə Moskvanın əlinin olduğunu düşünür.

Vəziyyəti gərgiləşdirən digər önəmli fakt Qaqauz muxtariyyatının ləğvidir ki, bunu da Avropa İttifaqı Moldovadan tələb edir. Belə olduğu halda Moskvanın əlinə əla fürsət düşmüş olacaq, çünki bir müddət əvvəl Qaqauz muxtariyyatının lideri Mixail Formuzal Moldova hökumətini ölkəni parçalamaqla hədələyib, hətta bu işdə Rusiyaya müraciət etdiyini də açıqlayıb.

Əgər Kişinyov və Tiraspol arasında gözlənilməz hərbi qarşıdurma baş versə, Dnestryanının kömək üçün Rusiyaya müraciət edəcəyi bəllidir. Rusiyalı ekspertlərin fikrincə, Moldova Avrasiya İttifaqına daxil olmağa razılaşsa, Dnestryanı münaqişəsi həll edilə bilər. Lakin moldovalı politoloqlara görə, Dnestryanı münaqişə o halda çözüləcək ki, Rusiya oradakı hərbi kontingentini çıxarsın.

2006-ci ilin sentyabr ayında keçirilən referendumun nəticəsinə görə, Dnestryanı əhalisinin 96 faizi Rusiyaya birləşmək istəyir. Bu faktor ən çətin məqamda həmin bölgənin II Krım olaraq anneksiyasını reallaşdırma imkanı açır.

Dnestyanı münaqişənin tarixi və danışıqlar prossesi

Konfliktin ilk toxumları SSRİ dönəmində səpilib. SSRİ dağıldıqdan sonra keçmiş postsovet ölkələrində müxtəlif münaqişə ocaqları yarandığı kimi, Moldovada da Dnesrtyanı problemi ortaya çıxdı. Münaqişənin yaranma səbəbi kimi konfliktoloji ədəbiyyatda 1989-cu ildə Moldova Parlamentinin rəsmi dövlət dili ilə bağlı qəbul etdiyi qərar göstərilir. Qərara görə, Moldovan dili dövlət dili elan olundu və kiril əlifbasından latına keçildi. Dnestryanı əhali buna etiraz etdi. 1990-cı ildə Dnestryanı referendum keçirərək, Moldovadan ayrıldığını açıqladı – seçicilərin 97,7%-i müstəqilliyə səs vermişdi.

Tərəflər arasında dərinləşən uçurum silahlı toqquşmaya gətirib çıxardı və ilk qarşıdurmalarda 700-ə qədər insan həlak oldu. Rusiyanın 14-cü ordusu general Lebedin rəhbərliyilə Dnestryanına gəlir və Moldova məğlub edilir. Həmin ildə Rusiya və Moldova liderləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs anlaşması imzalanır. O tarixdən etirabarən danışıqlar prossesinə start verildi.

Proses 5 mərhələdən keçib:

1) 1993-1997 illər – Dnestr görüşləri. Görüşlər öncə Transdnestr bölgəsi ilə Moldova hökuməti arasında başlasa da, sonrada format genişləndi. 1993-cü ildə ATƏT danışıqlara qatıldı, lakin Moldova dövləti 1994-cü ildən 1997-ci ilə qədər tərəflər arasında imzalanmış 80-ə qədər sənədin reallaşdırılmasından vaz keçdi və beləcə, birinci mərhələ nəticəsiz bitdi.

2) 1997-1998-ci illər – Odessa prossesi: Rusiya ilə bərabər 1997-ci ildən etibarən Ukrayna danışıqlara təminatçı kimi qoşuldu. Hətta həll prossesinin ən aktiv bazası 1997-98-ci illərdə qəbul edilir. Nəhayət, 1998-ci ldə Odessa danışıqlarının sonu olaraq qarşılıqlı güvən və normallaşma yolunda sənədlər imzalandı.

3) 2002-2003-cü illər – Kozan-Bratislava prossesi: Danışqların sonu olaraq 2002-ci ildə Brativlavada rəsmi sənəd imzalandı. 2003-cü ildə yekun olaraq imzalanmaq üçün “Kozan memorandumu” hazırlanmışdı. Memorandumda problemin federativ yolla həlli paketi təklif edilirdi, ancaq 1 gün qalmış rəsmi Kişinyov sənədi imzalamaqdan imtina etdi.

4) 2005-2006-cı il – Kişinyov prossesi: 2005-ci ildə görüşlərə ABŞ və Avropa Birliyi də qatıldılar. Bununla da görüşlərin formatı 5+2 şəkilini aldı (ATƏT, Rusiya, Ukrayna, ABŞ, AB + Moldova, Dnestryanı). Fəqət 2006-ci ilin ortalarında Moldova danışıqlar prossesindən ayrıldı. Beləcə, görüşlər 2006-ci ilin mart ayında sonlanmış oldu.

5) 2006-ci ildən sonrakı, yəni qeyri-rəsmi prosses: bu görüşlər koordinasiya edilməmiş şəkildə və 5+2 formatında davam edib, habelə 4-5 görüş də təşkil olunub, amma nəticə əldə edilməyib.

ATƏT-in İstanbul samitində Rusiyanın qarşısında məsələ qoyuldu ki, 2001-ci ilin sonundək qoşunlarını Moldovadan çıxartmalıdır. Lakin hələ də 2500 nəfər rus hərbçisi Transdnestr bölgəsində qalmaqdadır. ATƏT və Rusiya arasında 1999-cu ildə imzalanmış razılığa görə, Rusiya 2004-cü ildə bütünlükdə Dnestryanından çıxmalı idi, lakin yeri əhali bunu istəmədiklərini elan etdi. Moldova tərəfi isə tələb edir ki, bölgədən rus qoşunları çıxarılmalı, əvəzində ATƏT-in sülhyaratma kontingenti yerləşdirilməlidir. Avropa buna o qədər də həvəslə yanaşmır, çünki bu addım əlavə xərc deməkdir.

Məsələnin başqa bir tərəfi isə Dnestryanı bölgənin Rusiyadan iqtisadi asılılığıdır. 20 ildən yuxarıdır ki, Rusiya oranı qazla təmin edir. Qazın borcu isə fantastik rəqəmlərlə ölçülür. Regionda ən böyük problemlərdən biri də işsizlikdir. İnsanlar iş dalınca Rusiyaya üz tuturlar.

Fərrux Həsənov

Previous Post

Moldova `İkinci Ukrayna`ya çevrilir – TƏHLİL

Next Post

İspaniyada 6,2 bal gücündə zəlzələ baş verib

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post

İspaniyada 6,2 bal gücündə zəlzələ baş verib

İspaniyada 6,2 bal gücündə zəlzələ baş verib

Son xəbərlər

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.