"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Modi qisasçı Qabbar Sinqx rolunda

03 Sentyabr 2025 - 14:29
in SİYASƏT
FacebookVatsap

Nyu-Dehlinin bu qərarı Azərbaycanla Pakistanı daha da yaxınlaşdırır; Hindistan bilməli idi ki, Azərbaycanın dostları…

Bunu da oxuyun

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Hindistan bir daha Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün verdiyi müraciəti bloklayıb. Bakıdan da bu hadisəyə münasibət bildirilib. Vurğulanıb ki, Hindistanın sözügedən qərarı Nyu-Dehlinin uzaqgörən olmayan siyasətini əks etdirir və məlumatlı mənbələrin fikrincə, bu addım Hindistanın Pakistanla münasibətləri fonunda atılıb.

Eyni zamanda Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşündə bu mövzuya toxunulub. Baş nazir Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə bir daha təşəkkürünü bildirib.

Prezident deyib ki, ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Atom silahına malik Hindistanın Azərbaycana münasibətdə Bollivud istehsalı olan filmdəki Qabbar Sinqx kimi qisasçı hisslərlə yaşaması üzücüdür. Prezident də deyib ki, Hindistanın anti-Azərbaycan mövqeyi ölkəmiz üçün heç bir əhəmiyyət daşımır.

Azərbaycanın iki tələbi də yerinə yetirilməlidir - Rəşad Bayramov | Hafta.az

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Hindistanın atdığı bu addım çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir: “Şübhəsiz ki, Hindistanın Azərbaycana qarşı mövqeyində ölkəmizin Pakistanla olan münasibətləri əhəmiyyətli rol oynayır. Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyən Azərbaycana qarşı artıq neçə vaxtdır ki, həm gizli, həm də açıq müstəvidə mübarizə aparan Nyu-Dehlinin Ermənistanı dəstəkləməsi, onlara silah-sursat ötürməsi və ən nəhayət, ölkəmizin növbəti dəfə ŞƏT üzvlüyünə veto qoyması bunun bariz sübutudur.

Pakistanla Hindistan arasında son hərbi qarşıdurmada ölkəmizin Pakistana verdiyi mənəvi-siyasi dəstək isə Hindistanı daha da qıcıqlandırıb. Amma məsələ burasındadır ki, Hindistanın bu qisasçı mövqeni ŞƏT platformasına daşıması təkcə Azərbaycanın yox, eləcə də müttəfiq hesab etdiyi Ermənistanın, Azərbaycanın təşkilata üzvlüyündən faydalanacaq ŞƏT üzvü ölkələrin və o cümlədən də Hindistanın özünün maraqlarına zərbə vurur. Belə ki, dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan, regional liderliyini hər keçən gün daha da möhkəmləndirən və qlobal aləmdə regionun əsas aparıcı aktoru qismində çıxış edən ölkəmizin ŞƏT-ə üzvlüyü hər kəs üçün, o cümlədən də Hindistanın özü üçün əlavə dividentlər qazandıra bilər.

Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, Şərq-Qərb dəhlizi ilə yanaşı, Rusiya, İran və Hindistan tərəfindən əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizinin də ərazimizdən keçməsi əslində Hindistanı ağılla düşünüb məntiqli qərar verməyə sövq etməli idi. Digər tərəfdən, Ermənistanın təşkilatda üzvlüyünü istəyən Hindistan Azərbaycanın üzvlüyünə veto qoyarkən ölkəmizin müttəfiqləri tərəfindən Ermənistanın da üzvlüyünün bloklanacağını bilməli idi. Amma Hindistan əks yol tutmağa üstünlük verdi və bununla da ümumilkdə ŞƏT-in maraqlarının ziddinə addım atdı.

Hindistanın bu qərarı çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir. Çünki bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur.

Şübhəsiz ki, bu qərar Azərbaycanın Hindistan xaric ŞƏT üzvləri və tərəfdaşları ilə münasibətlərinə hər hansı təsir göstərməyəcək. Biz ŞƏT üzvü olan əksər ölkələrlə siyasi, iqtisadi, ticarət əlaqələri çərçivəsində olduqca yaxşı ikitərəfli münasibətlərə malik ölkəyik. Bu qərarın Azərbaycan-Pakistan münasibətlərinə də hər hansı təsiri olmayacağı məlumdur. Əksinə, Hindistanın bu davranışı Azərbaycan və Pakistan arasında onsuz da kifayət qədər yaxşı olan münasibətləri daha da möhkəmləndirəcək. Odur ki, ölkə başçısınn da dediyi kimi, Hindistanın anti-Azərbaycan mövqeyi ölkəmiz üçün heç bir əhəmiyyət daşımır”.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Hindistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın daim Pakistanın yanında duracağını qeyd etdi: “Bu məsələ ilə bağlı partiyamızın mövqeyi açıq və aydındır. Hindistan Azərbaycana öz nifrətini gizlətmir. Təbii ki, bu nifrətin əsasında Azərbaycanın Pakistana olan dost və qardaş münasibəti durur. Hindistan dost olmayan ölkədir. Biz qardaş Pakistanın haqlı mövqeyini həmişə dəstəkləyəcəyik. BRİCS-dən imtina etdiyimiz kimi, ŞƏT-dən də imtina etməli, bizimlə dost olmaq istəyən ölkələrlə ikitərəfli əməkdaşlığı genişləndirməliyik. Türkiyə ilə, o cümlədən yaxın qonşularla 3+3 formatında əməkdaşlıq genişləndirilməli, kapitalın, malların və işçi qüvvəsinin hərəkəti asanlaşdırılmalıdır. İqtisadi bloklara qoşulmaq bizə ona görə lazımdır ki, ölkəmizə investisiya qoyulsun, iqtisadiyyatımız inkişaf etsin, xaricə məhsul sataq. İxracımızın 90%-ə qədərini neft və neft məhsulları təşkil edir. Satacağımız başqa məhsulumuz da çox deyil. Biz islahatlar aparmaqla iqtisadiyyatımızı gücləndirməliyik. Quru sərhədlərimizi açmaqla turizmin inkişafına imkan yaratmalıyıq. Ümumi Daxili Məhsulun həcmini artırmaq üçün kompleks islahatlar aparılmalıdır. Dövlət idarəetməsini həyata keçirmək üçün bürokratik aparat kiçildilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, istehsal və emal müəssisələrinin yaradılması üçün tikintiyə icazə olduqca sadələşdirilməli, bu səlahiyyət yerli özünüidarəetmə orqanlarına verilməli, mülkiyyəti qoruya bilən məhkəmə yaradılmalı, əlverişli investisiya mühiti yaradılmalı, parlamentdə qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Regionda mövqelərimizin güclənməsi üçün Ermənistanı yaxın tərəfdaşlarımızdan birinə çevirməliyik. İranla, İranın indiki prezidenti ilə əlaqələrimizi genişləndirməliyik”.

Previous Post

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Next Post

Suriyada DİN və Müdafiə Nazirliyinin əməkdaşları kütləvi ölümlərlə əlaqədar saxlanılıblar

Bənzər yazılar

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52

Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa bəyan edib ki, əgər Təl-Əviv mövqeyini dəyişərsə və Dəməşqin hüquqlarına hörmət edərsə, İsraillə sülhün...

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri...

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33

Ermənistanda hakimiyyət uğrunda mübarizə fonunda Rusiya ilə bağlı yeni iddialar gündəmə gəlib. “Respublika” partiyasının sədri Aram Sərkisyan Moskvanın Nikol Paşinyan...

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29

Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir. Elchi.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının...

Next Post
Suriyada DİN və Müdafiə Nazirliyinin əməkdaşları kütləvi ölümlərlə əlaqədar saxlanılıblar

Suriyada DİN və Müdafiə Nazirliyinin əməkdaşları kütləvi ölümlərlə əlaqədar saxlanılıblar

Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək

Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.