Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur.
Bu barədə Elchi.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar.
Ordumuz atəşkəs rejiminə tam riayət etməklə, düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib.