Mixail Saakaşvili zəhərləndı

44

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.
Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib.
“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.
O zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb.
Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:
“Bu barədə ətraflı brifinqimiz olacaq”, – deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.