İtaliyalı arxeoloqlar Qahirə yaxınlığındakı Abusir nekropolunda firon Nyuserreyə məxsus qədim Misir günəş məbədinin xarabalıqlarını aşkar ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Qeyd edək ki, yerin özü 1901-ci ildə tapılıb. Bu kəşf 1912-ci ildə Nefertitini təsvir edən bir heykəl kəşf etməklə məşhurlaşan alman misirşünas Lüdviq Borxardt tərəfindən edilib. O dövrdə yeraltı sularının yüksək səviyyəsi səbəbindən qazıntı işləri aparmaq mümkün olmayıb. İndi məbədin uzun müddət Nilin dib çöküntüləri altında qalan bir hissəsini tapmaq mümkün olub.
Məryəm





















