Qədim Misirin Oksirinx şəhərində (indiki El-Behnesa) aparılan qazıntılar zamanı Homerin “İliada” epik poemasının bir parçası mədəsinə yapışdırılmış 1600 illik bir mumiya aşkar edildi.
Elchi.az xəbər verir ki, Barselona Universitetinin mütəxəssisləri mumiyalaşdırma prosesində dini ritual mətnlər əvəzinə ədəbi mətnin istifadə edildiyi ilk dəfə olduğunu və bunun dünyada bir ilk olduğunu açıqladılar.
Qahirədən təxminən 200 kilometr cənubda yerləşən Roma dövrünə aid mumiyanın üzərindəki papirusda İliadanın ikinci kitabının “Gəmi Kataloqu” bölməsindən parçalar olduğu aşkar edildi.
Papirusun kövrəkliyinə görə iş diqqətlə aparılır və mətnin tam məzmunu yüksək texnologiyalı rentgen üsulları ilə aydınlaşdırılacaq.
Sirli ritual, yoxsa mumiyaçının imzası?
Klassik filoloq İqnasi-Xavyer Adieqo ədəbi mətnin niyə bu şəkildə istifadə edildiyinə dair hələlik qəti bir nəticəyə gəlmədiklərini bildirib. Əvvəllər aşkar edilmiş ritual mətnlərin qoruyucu məqsədlər üçün ora yerləşdirildiyi düşünülsə də, tədqiqatçılar epik poemanın bir parçasının eyni funksiyanı yerinə yetirib-yetirmədiyini, yoxsa mumiyalayıcının bir növ “imzası” olub-olmadığını araşdırırlar.
Şayəstə





















