Misir qənaət etdiyi qazı Avropa göndərir

40

Misir Avropaya daha çox qaz göndərmək niyyətindədir.

Elchi.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Misir dövlət büdcəsini doldurmaq səyləri çərçivəsində daxili enerji istehlakını azaltmağa çalışır.

Qeyd olunur ki, Misirin məqsədi elektrik enerjisi istehsalı üçün lazım olan təbii qazın miqdarını 15% azaltmaq və artıq qalan qazı daha çox pul ödəyən Avropadakı alıcılara göndərməkdir.

Misirin Baş naziri Mustafa Məbudi bir müddət öncə yerli elektrik enerjisi istehsalına 15% qənaət etməklə, ölkənin əlavə qaz ixracından ayda 450 milyon dollar gəlir əldə edəcəyini bildirmişdi.