İrəvan rusiyalı həmkarları ilə daimi təmasdadır və Ermənistanın Moskvadakı səfirinə etiraz notasının təqdim edilməsi fonunda Rusiya XİN rəhbəri Sergey Lavrovla əlavə əlaqə saxlamağa ehtiyac yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib.
“Xeyr, dürüst olsaq, biz rusiyalı tərəfdaşlarımızla daimi əlaqədəyik. Müzakirə üçün xüsusi bir mövzu görmürəm”, — deyə Ermənistan XİN rəhbəri jurnalistlərin “Ermənistan səfirinin Rusiya XİN-ə çağırılması və ona etiraz notasının verilməsi fonunda Sergey Lavrovla müzakirələr aparmağı planlaşdırırsınızmı?” sualına cavabında bildirib.
Məryəm





















