"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Miqrantlar Rusiyanı kütləvi tərk edir, Azərbaycan diasporunun rəhbəri narahat deyil

23 Dekabr 2014 - 10:29
in SOSİAL
FacebookVatsap

MDB ölkələrindən olan əmək miqrantları rublun kəskin dəyərdən düşməsi nəticəsində Rusiyanı kütləvi tərk edir.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Virtualaz.org saytı xəbər verir ki, “RİA Novosti” agentliyinin məqaləsində belə deyilir.

Agentlik araşdırıb ki, Yeni il bayramının yaxınlaşması miqrant axınının daha da artmasına səbəb olub. Moskvadakı miqrant assosiasiyalarının təmsilçiləri deyirlər ki, əgər yaxın vaxtlarda rublun kursu yüksəlməsə, Rusiyada əmək miqrantlarının sayı kəskin azalacaq.

Ekspertlər deyirlər ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandıqları pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşürlər.

Digər tərəfdən, 2015-ci il, yanvarın 1-dən etibarən Rusiyanın miqrasiya qanunvericiliyində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklərə görə, Rusiyada işləmək icazəsi almaq üçün bütün əmək miqrantları rus dilini, Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.

“Bazarlarda işləyənlərin demək olar ki, hamısı gedib. Satıcılar artıq heç kimə lazım deyil” – deyə qırğız diasporunun “Zamandaş” assosiasiyasının təmsilçisi Ruslam Eşimov bildirir.

R.Eşimov deyir ki, istehsalatda işləyənlər əvvəlki kimi qalıb işləyirlər. Bazarlarda alver edənlərin isə işləri çətindir, onlar rublun kəskin ucuzlaşması nəticəsində aldıqları malı mayasından ucuza satmalı olublar.

R.Eşimov bildirir ki, bir çox ticarətçilər malları Orta Asiyadan gətirirdilər: “Orada onlar aldıqları malın əvəzini dollarla ödəyirlər. İndi isə dollar az qala iki dəfə bahalaşıb. Satıb pulunu qaytarmaq üçün mal götürənlərin işi daha çətindir, onlar pulu dollarla qaytarmalıdır. Belələri kifayət qədər çoxdur”.

R.Eşimovun fikrincə, əgər rublun kursu qalxsa, qırğız ticarətçilər Rusiyaya qayıda bilər.

Miqrantların Rusiyadan kütləvi axınını sürətləndirən amillər arasında tikinti mövsümünün başa çatması, kənd təsərrüfatında işlərin dayanması da yer alır. Üstəlik Orta Asiyadan olanların çoxu rus dilini bilmir və onlar işləmək icazəsi ala bilmək üçün rus dilindən imtahan verə bilməyəcəklər.

“Ona görə də Rusiyada miqrant kimi qalmaq sadəcə olaraq sərfəli deyil” – deyə qırğız diasporunun nümayəndəsi bildirib.

Yeni qanunvericiliyə görə, miqrantlar iş patenti almaq üçün hər ay 4 min rubl ödəməlidir. Ayda 15-20 min rubl qazanan miqrantlar üçün bu, ciddi məbləğdir.

“Yanvarın 1-dən qüvvəyə minəcək düzəlişlərə görə, məcburi tibbi sığorta üçün 2 min rubl ödəmək lazımdır, bunun üçün əvvəlcə tibbi müayinədən keçmək tələb olunur. Bu isə təxminən 3 min rubl edir. Rus dilindən imtahan vermək haqqı 4900 rubldur, üstəlik imtahanı verməsən, bu pul boşa gedəcək. Belə çıxır ki, Rusiyaya yeni gələn miqrant sənədlərini qaydaya salmaq üçün dərhal 15-20 min rubl xərcləməlidir. Üstəlik yemək və mənzil kirayəsi. Deməli, ayda 20 min qazanan miqrant üçün Rusiyada qalmaq sadəcə olaraq mənasızdır. 30-35 min rubl qazananların isə işləri çətinləşir” – R.Eşimov deyir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də təsdiq edir ki, ancaq qazanc dalınca Rusiyaya gələnlər üçün indi bu ölkədə qalmaq sərfəli deyil.

Bununla belə İ.Hacıyev deyir ki, onun yerliləri işgüzar və hər vəziyyətdən çıxış yolu tapan adamlardır: “Onlar tez adaptasiya oluna bilirlər. Böhran isə təşəbbüskar və diribaş adamlar üçün həmişə yeni imkanlar açır”.

İlqar Hacıyev
İlqar Hacıyev

 

İ.Hacıyev deyir ki, Rusiyada hazırda 700 minə yaxın azərbaycanlı miqrant var: “Ola bilər onların bir hissəsi getsin. Ancaq onların yerinə yeniləri gələcək, nəsə iş quracaq və iqtisadiyyatın bərpasına kömək edəcək. Hamı inanır ki, bu, müvəqqəti haldır, rubl möhkəmlənəcək, iqtisadiyyat böhrandan çıxacaq”.

Qeyd edək ki, hələlik Rusiyadan Azərbaycana nə qədər miqrantın qayıtdığı haqda rəqəmlər yoxdur. Lakin son günlər Rusiyadan gələn avtobuslar, qatarlar və təyyarələrdə boş yer yoxdur. Xüsusən də Rusiya bazarlarında alverlə məşğul olan azərbaycanlıların bir çoxu müflis olaraq geri qayıdır. Ancaq rublun ucuzlaşmasından istifadə edərək dəyərdən düşən malları alıb gətirmək üçün Rusiyaya azərbaycanlıların kütləvi axını da müşahidə edilir.

Previous Post

Miqrantlar Rusiyanı kütləvi tərk edir, Azərbaycan diasporunun rəhbəri narahat deyil

Next Post

Bakıda sərxoş “avtoş” yenə polis vurdu

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Bakıda sərxoş “avtoş” yenə polis vurdu

Bakıda sərxoş “avtoş” yenə polis vurdu

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.