Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, hazırda Belarus və Rusiya qoşunlarının birgə regional qruplaşması tam qüvvə ilə yerləşdirilməyib, lakin qoşunların sonrakı yerləşdirilməsini istisna etməyib.
Elchi.az xəbər verir ki, Təhlükəsizlik Şurasının rəhbərinin aydınlaşdırdığı kimi, Minsk və Moskva mövcud vəziyyətdən asılı olaraq birgə qoşunlar qrupunun yaradılması barədə qərar qəbul edəcəklər.
“Qoşunların regional qruplaşması həqiqətən də Belarus ərazisində cəmləşməyə başlayıb. Onun mərhələli, natamam yerləşdirilməsi. Gələcəkdə onun tam miqyasda yerləşdirilməsinin olub-olmamasını həyat göstərəcək”, – BELTA Təhlükəsizlik Şurasının rəhbərinin sözlərindən sitat gətirir.
Xatırladaq ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu ilin oktyabrında birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər.
Yeganə