"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi: KÜR ÇAYINI BİRLİKDƏ XİLAS EDƏK (MƏTN)

07 Avqust 2019 - 15:35
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Elchi.az xəbər verir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA)təsisçisi və sədri Leyla Əliyevaya müraciət edib. Müraciət mətnini olduğu kimi təqdim edirik:

Bunu da oxuyun

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Sabahın hava proqnozu açıqlanıb

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti,

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq

dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevaya

Mingəçevirli gənc, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

Səbuhi Mübariz oğlu Abbasov tərəfindən

MÜRACİƏT

Hörmətli Leyla xanım!

Mən, Abbasov Səbuhi Mübariz oğlu 1985-ci ildə Mingəçevirdə şəhərində anadan olmuşam. Özümü dərk edəndən bu şəhəri dünyanın ən gözəl şəhəri bilmişəm, indi də fikrimdə qalıram. Hələ Sovetlər dönəmində öz yaşıllığı, təmizliyi, səliqəliyi, çimərliyi, fauna və florasına görə şəhərimiz hər zaman seçilib, fərqlənib. Cənubi Qafqazın ən böyük çayı olan Kür isə şəhərə tamam fərqli, pozitiv rəng qatıb. Müstəqillik əldə etdikdən sonra isə Ulu Öndər Heydər Əliyev bu şəhərə böyük diqqət, qayğı göstərib. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyev bu diqqəti davam etdirir, şəhərin sosial-iqtisadi infrastrukturunun yenilənməsi ilə bağlı son 5 ildə bir necə sərəncam imzalayıb, tapşırıqlar verib.

Amma və lakin problemimiz var, dəyərli Leyla xanım!

Sovetlər dönəmində fəaliyyət göstərən bir sıra zavod və fabriklər müstəqillik dönəmində öz fəaliyyətlərini dayandırdıqlarına görə şəhərdə ciddi işsizlik problemi yarandı, əl-əxsus da gənclər arasında. Şəhər gəncliyinin böyük bir qismi günlərinin böyük bir qismini çayxanalarda keçirirlər, iş üçün Türkiyəyə, çay plantasiyalarına cuzi əmək haqqı müqavilində gedirlər, bir qismi isə Rusiyada çalışır. Şəhərdə qalanlar isə olduqca kasıbdırlar, sosial qayğılar içində “boğulurlar”. Regionun ən böyük SES və İES-i burada yerləşməsinə baxmayaraq əhali işıqpulunu kartla ödəyir, regionun ən böyük çayı, su anbarı burada olsa da, əhali su pulunu kartla ödəyir. Hələ bu ödəniş mexanizminin əhaliyə necə zülmlə başa gəldiyini demirəm. Oysa dünyada bu kimi iri stansiyaların yerləşdiyi şəhərlərdə əhali üçün müəyyən güzəştlərin olduğunu hər biriniz gözəl bilirik.

Digər problem isə şəhərin ilbəil deqredasiyaya məruz qalması ilə bağlıdır. Cənubi Qafqazın ən böyük çayının böyük hissəsi burada olsa da şəhər susuzluqdan əziyyət çəkir. Onlarla ağac susuzluqdan quruyur, parkları, bağları insanlar qablarda su daşımaqla sulayırlar. Şəhərin yaşıllıq sıx olan ərazilərində ağaclar kütləvi şəkildə kəsilir, parklar zəbt olunur, ən əsası isə Kür çayı ekoloji fəlakətlə üz-üzə qalıbdır.

Hörmətli Leyla xanım!

Təsəvvür edin Mingəçevir şəhərinin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən yer “DEKA” şirkətinə satılıb. Əlavə etdiyim video və fotolarda Kür çayının zəbt olunması aydın görünür.

·Əvvəla bu çayın son “dayanacağı” strateji obyekt olan SES-in anbarıdır.

·İkincisi kür çayı öz canlı nemətləri ilə hər zaman fərqlənib, bu və bu kimi tikintilər, zəbtlər çayın onsuz da məhv edilməkdə olan faunasına öldürücü zərbə vurur.

·Üçüncüsü Kür çayının böyük bir hissəsini zəbt edib şadlıq sarayı tikmək niyyəti çaydakı gəmilərin hərəkətinə, insanların, turislərin şəhərdə istirahətinə böyük maneə yaradır.

Çayın başqa bir hissəsi isə, təxminən 200 ha ərazisi “AZ-CAVİAR” MMC-yə icarəyə verilib. Bu MMC faktiki olaraq çayın faunasını vəhşicəsinə məhv edir, çaya tonlarla müxtəlif kimyəvi maddələr atır. Ölkə əhalisinin böyük bir hissəsinin içməli suya olan tələbatını ödəyən Kür çayı sözün hər mənasında “boğulur”, imdad diləyir bizdən. İcra Hakimiyyəti, Ekologiya nazirliyi və digər aidiyyatı qurumlar isə bu prosesin qarşısında sadəcə acizdirlər, müəyyən iyrənc maraqlara görə susurlar.

Əziz Leyla xanım!

Mən 2004-cü ildən jurnalistikadayam, 2006-cı ildən isə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədriyəm. AMOR yarananda Azərbaycanda ilk təbliğatını quranlardan biriyəm. Mingəçevir şəhərində doğulub, boya-başa çatan bir gənc kimi bu fəlakətə göz yuma bilmərəm. Mən tək öz adımdan deyil, yüzlərlə Mingəçevir sakini adından Sizə müraciət edirəm. Hər bir mingəçevirli üçün bu şəhər Keyp Taun, Venesiya, Sidney, Rio De Janeyro, Antalya, Batumi, Melburn, Boston və digər şəhərlərdən daha gözəl və daha geniş imkanlara malikdir. Etiraf edirəm ki, bu günə qədər şəhərin imkanlarını uğurla tətbiq etməyi bacaran icra başçısı hələ ki, olmayıb. İlham Əliyev hər bir azərbaycanlının prezidentidir, eyni zamanda, hər bir şəhərə, hər bir rayona eyni gözlə baxır, eyni diqqəti, qayğını göstərir. Sadəcə bu diqqəti, qayğını şəhərdə uğurla tətbiq etmək lazımdır, vəssalam. Siz İDEA təşkilatının qurucusu və rəhbəri olaraq tək Azərbaycanda deyil, dünyanın bir çox yerlərində ekoloji layihələr, proqramlar həyata keçirirsiniz. Sizdən tək ricam odur ki, gəlin birlikdə Mingəçeviri ekoloji terrordan, böhrandan xilas edək, şəhərimizi dünyaya təqdim edək, turizm mərkəzinə çevirək.

Hörmətlər,

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,

İnternet-media ekspert,

Səbuhi ABBASOV

Bakı şəhəri

07 avqust 2019-cu il

Previous Post

Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi: KÜR ÇAYINI BİRLİKDƏ XİLAS EDƏK (MƏTN)

Next Post

DİN Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

Bənzər yazılar

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

24 İyul 2026 - 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı...

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında “Yanğınların söndürülməsi və insanların təxliyəsinin...

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

Next Post
DİN Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

Son xəbərlər

Rusiya Kiyevi ballistik raketlərlə vurub – 10 nəfər ölüb, 100 nəfər yaralanıb

Rusiya Kiyevi ballistik raketlərlə vurub – 10 nəfər ölüb, 100 nəfər yaralanıb

24 İyul 2026 - 16:46
“Dinamo” – “Neftçi” matçının hakimləri müəyyənləşdi

“Dinamo” – “Neftçi” matçının hakimləri müəyyənləşdi

24 İyul 2026 - 16:38
“Zirə” – “Payde” görüşünün hakim təyinatları bəlli oldu

“Zirə” – “Payde” görüşünün hakim təyinatları bəlli oldu

24 İyul 2026 - 16:30
Mina terroru nəticəsində ilin birinci yarımilində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb

Mina terroru nəticəsində ilin birinci yarımilində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb

24 İyul 2026 - 16:23
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

24 İyul 2026 - 16:15
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

24 İyul 2026 - 16:04
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.