Simpsonların zaman-zaman ortaya çıxan proqnozlarından sonra zamanda səyahət iddiaları ilə çox danışılan Al Bielek 2025-ci ilə dair proqnozları ilə bütün dünyanı heyrətləndirdi.
Elchi.az xəbər verir ki, 1943-cü ildə qardaşı ilə birlikdə ABŞ gəmisindən qəribə bir işığa atılaraq 2137-yə göndərildiyini iddia edən Al Bielek verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.
2025 İL HAQQINDA XƏBƏRDARLIQ QORXU
Maraqlı və qeyri-adi proqnozlar verərək milyonların diqqətini çəkən Al Bielek 2025-ci ildə Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı dəhşətli proqnoz verib.
Bielekin sözlərinə görə, 2025-ci ildə nüvə müharibəsi başlayacaq və çoxlu insan həyatını itirəcək.
SU ALTI OLACAQ
2011-ci ildə vəfat edən Al Bielek Avropanın böyük hissəsinin su altında qalacağını və İngiltərənin demək olar ki, tamamilə məhv olacağını iddia edirdi.
Bielek gələcəkdə çox az şəhərin sağ qalacağını da bildirib. Proqnozlarını bir-birinin ardınca sadalayan Al Bielek, sağ qalacağını və milli hökumətlərin sərhədlərinin olmayacağını iddia edib.
Uçan şəhərlərin bütün dünyaya daşına bildiyi və texnologiyanın inkişaf etdiyi bir dövrün şahidi olduğunu bildirib.
Müsahibələrində başına gələnlərlə bağlı məlumat verən Al Bielek, “Körfəzə gəldiyimiz su ilə qarşılaşacağımızı gözləyirdik, amma su yox idi” deyərək quraqlığa diqqət çəkib.
Al Bielek ölümündən əvvəl verdiyi müsahibədə İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun həyata keçirdiyi gizli layihə olan Filadelfiya Eksperimentində iştirak etdiyini açıqlamışdı.
Bir çox sosial media istifadəçisi Al Bielekin açıqlamalarını sui-qəsd nəzəriyyələri və şayiələr kimi qiymətləndirib.
Şayəstə Hüseynova