Milonov Rusiya hökumətindən BUNU xahiş edəcək

65

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov baş nazir Mixail Mişustinə azarkeş kartlarının ləğv edilməsi xahişi ilə müraciət göndərməyi planlaşdırır.

Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

“Xahiş edirəm, Fan ID sisteminin fəaliyyətinin ləğvi imkanını heç olmasa, onun tətbiqi zamanı yaranmış kəskin ziddiyyətlər və boşluqlar aradan qaldırılana qədər nəzərdən keçirəsiniz”, – deyə Milonov qeyd edib.

Müraciət sabah baş nazirə göndəriləcək. Mətndə, digər məsələlərlə yanaşı, mexanizmin özünü doğrultmadığı, texniki boşluqların və qanunvericilik ziddiyyətlərinin olduğu bildirilir. Milonov hesab edir ki, bu, kütləvi tamaşaçı idmanının inkişafına maneədir.

Yeganə