"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Millət vəkili prezidentin Bolqarıstan səfərini şərh etdi

09 Mart 2015 - 09:16
in MÖVQE
FacebookVatsap

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

“Bəllidir ki, Sofiya Brüssellə məsləhətləşmədən bu cür ciddi danışıqlara getməyə cəsarət etməzdi”16572
“İlham Əliyev Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir”
Millət vəkili Vahid Əhmədov prezident İlham Əliyevin Bolqarıstana səfərinin nəticələri barədə Moderator.az-ın iki sualını cavablandırıb:
– Prezident İlham Əliyevin Bolqarıstan səfəri Azərbaycanın Avropa üçün vazkeçilməz ölkə olduğunu bir daha isbatladı…
– Bu barədə bir neçə dəfə fikir bildirmişəm və sizinlə də şərikəm ki, Azərbaycan Avropa üçün çox böyük önəm kəsb edən bir ölkədir.  Azərbaycanın qaz layihələri həyata keçirilməyə başlananda dövlət başçısı Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlinə üstünlük veriləcəyini bəyan etdi və verdiyi sözü tutaraq bu layihənin həyata keçirilməsinə nail oldu. Amma sonradan elə vəziyyət yarandı ki, prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində qaz layihələrinin şaxələndirlməsi istiqamətində də ciddi addımlar atıldı. Bir müddət sonra isə Avropa ilə Rusiyanın münasibətləri bəlli səbəblərdən pozuldu və Azərbaycan qazı Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başladı. Xatırlayırsınızsa Ukrayna böhranı belə kritik nöqtəyə gəlməzdən öncə Ərdoğan-Putin görüşünün nəticəsi olaraq Rusiya qazının Türkiyə üzərindən Avropaya çıxarılmasını nəzərdə tutan “Türk axını” adlı bir projedən bəhs edilməyə başlanılmışdı. Amma Avropanın Rusiyaya qarşı sanksiyaları sərtləşdirildiyindən Türkiyə bu projedən imtina etmək zorunda qaldı. Daha doğrusu, ciddi böhranla üzləşən Rusiyanın özü bu projeyə sərmayə yatırmaqdan imtina etməli olduğundan “Türk axını”nı tarixin arxivinə gömməyə məcbur oldular. Bu cür həssas dönəmdə dövlət başçısı İlham Əliyev Bolqarıstana səfər edərək rəsmi Sofiya ilə belə bir razılığa gəlindi ki, 2013-cü ildən gündəmdən çıxarılan  Nabucco layihəsinin tam hissəsi olmasa da Nabucco-West həyata keçirilsin. Yəni Nabucco projesinin uzunluğu 3200 kilometr nəzərdə tutulurdusa, Nabucco-West təxminən 1300 kilometr məsafəni əhatə edir. Yəni bu proje gerçəkləşdikdə Bolqarıstandan keçməklə Rumıniya, Avstriya kimi ölkələrin qaz ehtiyaclarını ödəməyə imkan verəcək. Təbii ki, Bakı ilə Sofiya arasında belə bir razılığın əldə olunması heç şübhəsiz, Avropa İttifaqının xeyir-duası olmadan mümkün olmazdı. Bəllidir ki, Sofiya Brüssellə məsləhətləşmədən bu cür ciddi danışıqlara getməyə cəsarət etməzdi. Prezident İlham Əliyevsə bu səfərlə çox böyük siyasi gediş etmiş oldu və Azərbaycan qazının Avropa bazarlarına rahat çıxışı üçün daha bir dəhliz qazandı. Çox böyük ehtimalla yaxın gələcəkdə Türkmənistan və hətta İran  qazı da bu kəmərlər vasitəsilə Avropaya çıxarılacaq. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qısamüddətli olmayacaq və Qərb tərəfindən hər ötən gün Moskva daha əlverişsiz duruma salınmağa çalışılacaq. Belə bir situasiyada istər-istəməz Azərbaycanın Avropa üçün önəmi birə beş artacaq. Təbii ki, İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir. Onun Rusiyapərsət mövqe sərgilədiyini iddia edənlər siyasi cəhətdən səriştəsiz adamlardı və nəzərə almaq laızmdır ki, Rusiyada milyonlarla soydaşımız yaşayır və bu ölkə bir çox parametrlərinə görə Azərbaycanla sıx bağlıdır. Ən azından 70 il eyni dövlətin tərkibində olmuşuq, iqtisadi bağlarımız var, Qarabağ boyda dərdimiz ortada, odur ki, ehtiyatsız bir addım müstəqilliyimizə ciddi təhdidlər yarada bilər. Odur ki, necə deyərlər, dünyanın və yerləşdiyimiz bölgənin indiki qarmaqarışıq zamanında suyu üfürə-üfürə içmək lazımdır və yaranmış şəraitdən maksimim uduşla çıxmaq üçün ehtiyatı da əldən vermək olmaz. Amma Azərbaycan prezidentinin birmənalı Qərbyönümlü siyasət yürütdüyü çılpaqlığıyla ortadadır və heç şübhəsiz, Qərb tərəfindən hər gün bir az da zəiflədilən Moskvada da bununla hesablaşmaq zorundadırlar.
 
– Bir halda ki, İlham Əliyev Avropaya inteqrasiya xəttini götürüb, amma Amerika və Avropanın özündə də rəsmi Bakıya qarşı sanki bir qısqanclıq var, obrazlı desək, bizi daim qapaz altda, gözüqıpıq şəkildə saxlamaq istəyirlər…
– Amerikanın çox qəribə siyasəti var, bir tərəfədən sənin önəmli ölkə olduğunla hesablaşıb əməkdaşlıq edir, o biri tərəfdən sanki bu əməkdaşlığın daha da inkişaf etməsini əngəlləmək, bu prosesi tormozlamaq üçün əsas silahını-demokratiya və insan haqlarının vəziyyətini bəhanə edərək sənə yersiz təzyiqlər göstərir. Halbuki bu dəyərlər bütün dünyada qəbul olunsa da Amerikanın, Avropanın özündə də mükəmməl şəkildə bərqərar olunmayıb. Uzağa getməyək, Amerikada qaradərili insanlara qarşı baş verən zorakılıq halları ölkədə geniş narazılıq yaranmasına səbəb olub. Eləcə də Avropanın özündə bu sahədə problemlər az deyil. Yəni bizə nümunə göstərilən ən qabaqcıl Avropa ölkələrində də demokartiya və insan hüquqları sahəsində çoxsaylı problemlərin mövcudluğu ortadadır. Təbii ki, Azərbaycanda da bu sahədə problemlər var, amma onu da nəzərə almaq lazımdır ki, müharibə vəziyyətində, işğala məruz qalmış ölkəyik və cəmisi 24 illik müstəqillik tariximiz var. Mənim müşahidələrimə görə heç də bəzi mətbu orqanlarda iddia olunduğu kimi Azərbaycan-Amerika münasibətlərində soyuqluq yoxdur. Əksinə, mən Vaşinqtonun Bakıya daha da yaxınlaşması istəklərini görürəm və onlar anlayır ki, belə bir ölkə ilə münasibətləri korlamaq çox böyük qəbahət olardı. Hesab edirəm ki, bu münasibətlər getdikcə nizama düşəcək və Azərbaycanın da Avropa ailəsinə ağrısız qovuşması üçün Vaşinqton Bakıya hər cür dəstək verəcək. Ortada Ukrayna dərsləri var və bundan nəticə çıxarmaqla addımlar atılmalıdır.
Previous Post

Millət vəkili prezidentin Bolqarıstan səfərini şərh etdi

Next Post

Kadırov inanmır

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post

Kadırov inanmır

“Hökumət üzvləri özlərini parlament qarşısında məsul görmürlər”

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.