Milli komandamızın baş məşqçisi 48 yaşlı Robert Prosineçki növbəti mövsümdən etibarən Türkiyənin “Bursaspor” klubunu çalışdıracaq. Bu barədə “Fanatik” qəzeti məlumat yayıb.
“Ağ-yaşıllar” Mutlu Topçunu baş məşqçi postuna gətirdikdən sonra da uğursuz çıxış davam etdiyi üçün yeni məşçi axtarışındadı. Qəzet yazır ki, “Bursaspor”la Prosineçki arasında artıq razılıq əldə edilib. İyun ayında millimizlə müqaviləsi başa çatacaq xorvat mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdırmaqla bağlı söz verib.
Xatırladaq ki, Prosneçki bundan əvvəl Türkiyədə “Kayserispor” klubunu çalışdırıb.