Nazir işdən qovuldu: “Danışığını bilmir”

181
SHARES
317
VIEWS

>

Yaponiya baş naziri Sindzo Abe təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılması üzrə nazir Masaxiro İmamuronu işdən azad edib.

Bunu da oxuyun

AzNews.az RiaNovosti agentliyinə istinadən xəbər verir ki, Baş Nazirin otağından çıxan Masaxiro istefası barədə jurnalistlərə açıqlama verib.

Belə ki, bir gün əvvəl İmamuro 2011-ci ildə Yaponiyada baş verən sunaminin ölkəyə 227 milyard dollar zərər vurduğunu açıqladıqdan sonra belə deyib:

“Yaxşı ki, bu fəlakət paytaxtda yox, Toxokuda baş verib, yoxsa maddi ziyan daha çox olardı.”

Bundan sonra dərhal üzr istəsə də, müxalifət nazirin bu açıqlamasını fəlakətdə həyatının itirən insanlar üçün təhqir olduğunu bəyan edib. İmamuranın bu səhvinə görə, baş nazir də üzr istəməli olub.

3 həftə əvvəl isə “Fukusima 1” AES-də baş verən qəzadan sonra evakuasiya olunan əhalinin geri qayıtması ilə bağlı jurnalistin ünvanladığı suala İmamuro “bu, onların şəxsi işidir” deyə cavab verib. Bundan sonra sualı verən jurnalistə “səsini kəs və bir daha bura gəlmə” deyib.

Bənzər yazılar

Next Post

Son xəbərlər