Millimizdən böyük hesablı qələbə
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması
yoldaşlıq oyunu keçirib.

"Qafqazinfo"nun Apasport.az saytına istinadən xəbərinə görə, yerli “Triglav” klubunun U-19 komandası ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb. Oruc İsmayılov, Kazım Birkan və Xəyal Əmirlinin hərəyə bir qol vurduğu oyunda bir dəfə avtoqol qeydə alınıb.