Millimiz bu gün Rusiya yığması ilə üz-üzə gələcək

🗓 03.09.2014 02:15 ✍️ "Elçi" qəzeti
Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə,img1628759 yığmamız AVRO-2016-nın seçmə mərhələsinin ilk oyunu öncəsi səfərdə Rusiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Yalnız seçmə matçlarında şimal qonşularımızla üz-üzə gələn Berti Foqtsun yetirmələri sentyabrın 9-da əsas sınaq qarşısına çıxacaqlar. Komandamızın rəqibi AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstan millisi olacaq.
Qeyd edək ki, “Arena Ximki”də Bakı vaxtı ilə saat 20:00-da start verəcək Rusiya – Azərbaycan oyununu özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.
Yoldaşlıq oyunu
 
3 sentyabr
 
20:00. Rusiya – Azərbaycan
 
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov (hamısı Özbəkistan)
 
Moskva. “Ximki Arena” stadionu

Bənzər yazılar