On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.
Elchi.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan millisi ilə yanaşı, Albaniya, Farer adaları və Moldova seçmələri də mübarizə aparacaqlar.
Komandamız ilk oyununu mayın 2-də Farer adaları yığmasına qarşı keçirəcək. Mayın 4-də meydan sahibləri ilə qarşılaşacaq millimiz ayın 7-də Moldova ilə matçda gücünü sınayacaq.
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Elchi.az...





















Son şərhlər